Yuxarı

“Qələbə”nin 90 yaşı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qələbə”nin 90 yaşı oldu

Respublikanın qocaman mətbu orqanlarından biri - Salyanda çıxan "Qələbə" qəzetinin 90 illik yubileyi keçirilib.

Yubiley toplantısında "Qələbə" qəzetinin keçdiyi tarixi yola nəzər salınıb. Bildirilib ki, 1924-cü il fevralın 21-də qəzetin ilk nömrəsi "Qırmızı Muğan" adı ilə işıq üzü görüb və indiyədək 8300 nömrəsi çapdan çıxıb.

Müxtəlif illərdə "Sosializm yolu", "Məhsul", 1965-ci ildən isə qəzet "Qələbə" adı ilə buraxılıb. Salyanın mədəni, ictimai-siyasi həyatının salnaməsinin yaradılmasında bu mətbu orqanının əvəzsiz xidmətləri olub.

Mərasimdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları iştirak edib, mətbu orqanının ünvanına xoş arzular bildiriblər. Qəzetin maddi-texniki bazasının möhkəmləndirilməsi, tirajının artması və əməkdaşların sosial şəraitinin yaxşılaşdırılması da bu qayğının təzahürü kimi səciyyələndirilib.

Sonda qəzetin bir qrup əməkdaşına rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri verilib.

Gün.az

Tarix
2014.08.11 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla