Yuxarı

Taksi fırıldağı: buna nə vaxt son qoyulacaq? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bəzi taksi sürücüləri asan yolla pul qazanmağı özlərinə peşə seçiblər. Onlar ölkəyə gələn turistlərə ''yem'' gözündə baxırlar. Xarici ölkə vətəndaşı olmalarından istifadə edib onlardan dəfələrlə çox pul tələb edirlər. Bəs bu fırıldaqların bir sonu olacaqmı? Ümumiyyətlə belə taksi sürücülərini hansı qurum cəzalandırmalıdır?

Sosıal şəbəkələrdə yayılan məlumatlara görə, bəzi taksi sürücüləri turistlərə dəfələrlə baha qiymətə xidmət göstərir. Şəhər daxilində turistlərdən 100 dollardan artıq xidmət haqqı alan taksi sürücüləri də var. Halbuki həmin qət edilən məsafənin qiyməti 10-15 manat arasında dəyişir.

Turist sayının günü-gündən artığı bir vaxtda taksi sürücülərinin turistlərə qarşı belə hərəkətləri birmənalı olaraq yolverilməzdir. Ölkədə turizmin inkişafına ciddi mane olan bu kimi hallara yol verən taksi sürücüləri öz həmkarları tərəfindən də qınanır.

Bəs bu taksi fırıldağlarının bir sonu olacaqmı? Ümumiyyətlə bu halların qarşısını almaq üçün nəzarət mexanizmi varmı?

Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, belə halların qarşısını almaq üçün ciddi marifləndirici tədbirlərin aparılmasına ehtiyac var. Həmçinin konkret olaraq həmin şəxslər müəyyən edilərək cəzalandırılmalıdır.

Ekspertlər bildirir ki, belə halların qarşısını almaq üçün mütləq taksilərdə taksometr olmalıdır. Bu təcrübə aparıcı ölkələrin əksəriyyətində tətbiq edilir. Bu taksi sürücüsü ilə müştəri münasibətlərinin tənzimlənməsində olduqca effektli bir üsuldur. Ancaq sözügedən mexanizm ölkəmizdə tam şəkildə tətbiq edilməyib.

Huquqşunas Xəyal Bəşirovun sözlərinə görə, əgər vətəndaşlar 100 manata qədər aldadılıbsa, o zaman fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2 000 min manata, huquqi şəxslər isə 4 mindən 6 min manata qədər cərimə edilə bilər. Əgər aldatma 300 manatdan artıq olarsa, o zaman həmin taksi sürücüləri cinayət məsuliyyətinə cəlb edilə bilər.

Hazırda ölkədə taksilərə nəzarət Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir. Məsələ ilə bağlı onların fikirini öyrənmək istəsək də, mümkün olmadı.

Tarix
2018.05.02 / 01:44
Müəllif
Axar.az
Digər xəbərlər

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

Azərbaycanla sülh sazişi bu tarixdə imzalanacaq - Erməni KİV

Prezident gürcü naziri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla