
30 yaşın var, amma özünü 50-dəki kimi hiss edirsən? - Səbəb
02:00
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın Ziya Bünyadov prospektinin Böyük Şor yol qovşağından başlayaraq Çermet körpüsünə qədər olan hissəsində ("20 Yanvar" metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, bu gün saat 22:00-dan etibarən hərəkət tam və yaxud qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, tam məhdudiyyət prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək.
Prospektin digər hissələrində isə məhdudiyyət qismən tətbiq olunacaq (yol bağlı olmayacaq) və səhər saatlarınadək qüvvədə olacaq.
Tarix
2018.05.02 / 15:44
|
Müəllif
Nigar İxtiyarqızı
|