Yuxarı

Hüquq Mərkəzindən mühüm layihə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müvəkkil” Hüquq Mərkəzi tərəfindən “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrasına başlanılıb.

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyindən Axar.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 5 ay müddətində həyata keçiriləcək.

Bu barədə məlumat verən təşkilatın sədri Səməd Vəkilov bildirib ki, layihə çərçivəsində bəzi tədbirlər Bakı şəhəri ilə yanaşı Tərtər, Zaqatala və Lənkəranda da baş tutacaq.

Layihə çərçivəsində “Əmək müqaviləsi: gələcəyə təminat” adlı buklet hazırlanacaq, regionlarda “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlimlər keçiriləcək.

Bundan başqa qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı layihə çərçivəsində QHT TV-də (internet televiziyası) maarifləndirici müsahibə təşkil olunacaq, eyni zamanda maarifləndirici məqalə hazırlanaraq elektron mediada dərc olunacaq.

Tanınmış hüquqşünas Səməd Vəkilov əlavə edib ki, təşkilatın saytında qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik müddəalarının və digər maarifləndirici materiallardan ibarət “Əmək hüquqları” bölməsi yaradılaraq, eyni zamanda sosial şəbəkələrdə bu sahədə maarifləndirici fəaliyyət həyata keçiriləcək.

Tarix
2018.05.04 / 18:03
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

Rusiya Şıxlinski ilə bağlı qərar verdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Polşada azərbaycanlı tələbəyə hücum: Səfirliyə zəng etsəm də...

İsrailin yeni səfiri Bakıda - Video

Corc Dikin missiyası başa çatdı: Unudulmaz 6 il...

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla