Yuxarı

“Bakcell”in ən populyar “Əla” tarifi limitsiz oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti abunəçilərin ən sevimli “ƏlaCIN” tarifini yeni çeşidlər vasitəsilə genişləndirib.

Şirkətdən Axar.az verilən məlumata görə, yeni “ƏlaGün” və “ƏlaAy” tarif planları sayəsində müştərilər istənilən Bakcell abunəçisi ilə limitsiz zənglərdən yararlana biləcəklər.

“Bakcell” abunəçilərinin ən sevimli tariflərindən olan “ƏlaCIN” indi “ƏlaSaat” oldu. “ƏlaSaat” heç bir abunə haqqı olmadan və saatda sadəcə 0.07 AZN ödəməklə, şəbəkə daxilində fasiləsiz olaraq danışmaq imkanı verir.

İndi isə, 1 saatlıq zənglərlə məhdudlaşmağa ehtiyac yoxdur, çünki abunəçilər bütün gün və hətta bütün ay ərzində limitsiz zənglərdən yararlanamaq üçün gözəl fürsət əldə ediblər.

Belə ki, yeni “ƏlaGün” tarifi sayəsində müştərilər gündə sadəcə 0.70 AZN ödəməklə şəbəkə daxilidə bütün gün ərzində limitsiz danışacaqlar. Bundan əlavə onlara 50 ölkədaxili SMS bonus olaraq təqdim ediləcək.

Yeni “ƏlaAy” tarifi isə daha çox danışmaq arzusunda olan abunəçilərin ürəyincə olacaq. Çünki bu tarifin istifadəçiləri ayda 17 AZN ödəyib bütün ay ərzində limitsiz şəbəkədaxili zənglərdən faydalanacaqlar. Bu da son deyil, “ƏlaAy” istifadəçilərinə hər ay bonus olaraq 500 ölkədaxili SMS və 500 Mb İnternet veriləcək.

“ƏlaSaat” tarifinə qoşulmaq üçün *307#YES kodunu, “ƏlaGün” tarifinə qoşulmaq üçün *370#YES kodunu, “ƏlaAy” tarifinə qoşulmaq üçün isə *317#YES kodunu yığmaq kifayətdir. Qeyd edək ki “ƏlaGün” və “ƏlaAy” tariflərində ədalətli istifadə siyasəti tətbiq olunur.

Yeni limitsiz CİN tariflərini təqdim etməklə “Bakcell” öz müştərilərinə dəqiqələri saymadan və dəqiqələrə xərclənən pulu fikirləşmədən öz yaxınları ilə istədikləri qədər sərbəst və limitsiz danışmaq imkanını təklif edir.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan “Bakcell” müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.

“Bakcell” şirkətinin yeni “ƏlaSaat”, “ƏlaGün” və “ƏlaAy” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

6500-dən artıq baza stansiyası ilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində “Bakcell” özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə “Bakcell” özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. “Bakcell” şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, “Bakcell” Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Tarix
2018.05.18 / 15:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla