Yuxarı

Qadının qulağı kəsilməyincə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 noyabr "Qadınlara zorakılığa qarşı beynəlxalq mübarizə və həmrəylik" günü idi.

Bu günün tarixi Mirabel bacıları ilə bağlıdır. Patria, Minevra və Maria bacıları Dominikan Respublikasında Trujillo diktaturasına qarşı mübarizə hərəkatının əsas üzvlərindən idilər. Dəfələrlə həbs edilmiş və işgəncə görmüşdülər. Nəhayət, 1960-ci ilin 25 noyabrında hər üç bacı təcavüzə uğrayıb , öldürülüb, uçurumdan atılmışdı. Hökumət əvvəl bu hadisəni avtomobil qəzası kimi göstərməyə çalışmış amma bacarmamışdı. Daha da alovlanan hərəkat diktaturanın məhvi ilə nəticələndi. Mübarizənin rəmzi bacılar isə "üç kəpənək" adlandırılmağa başladı. Həmin gün sadəcə Latın Amerikasında qeyd edlilrdi. 1999-cu ildən isə Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Qadınlara şiddətə qarşı beynəlxalq mübarizə və həmrəylik" günü kimi elan edildi.

Əslində bu mövzuya toxunmağımın səbəbi nə bu günün anlamı, nə də Mirabel bacılarıdır. İki gün ərzində mediamızı izlədim və bu haqda bir-iki sentimental yazıdan başqa bir şey görmədim. Bu susqunluq məni bu mövzuya gətirdi.

Qadınları asılılığı mərhələli olaraq əldən-ələ keçir. Balaca qız atadan, qardaşdan, gənc qadın ərindən, yaşlı qadın oğlundan asılıdır.

Hava qaralmağa başlayanda avtobusda, metroda, yolda sənə yönələn baxışlar dəyişir. İş, məktəb, qohum, qonşu, hansı çevrə olur-olsun sənə özünü olduğundan fərqli qəliblərə salmağını diktə, az sonra tələb edir.

Mitinqdən gələn qadınların arxasınca avtobusdakı digər qadınlar "bunların əri, qardaşı yoxdu görən?" deyir. Öz qulaqlarımın şahidiyəm.

Söz demək istəyən var? Başını qaldırmaq istəyən? Azad yaşamaq istəyən? Cəmiyyət o saat həmrəy olacaq o "pozğuna" ad qoymaqda.

Görünüşdə hər şey yolundadır. Daxildə isə qadınlar qızıl şərbət içib qan qusur.

Təəssüf.

Ölkənin ən mühafizəkar insanlarının yaşadığı Cənub zonasının qadınları dəstə-dəstə televiziya proqamlarına tökülüşüb. Hamısının da bir problemi var - məişət zəminində zorakılıq.

Sanki ölkənin Qərb bölgəsi fərqlidir. Daha dünən mənim də doğulduğum rayondan gələn gənc qadın televiziyada ağlayırdı: "İki uşağım var. İşləyib onlara baxmaq istəyirəm. Hara gedirəmsə, dul qadınam deyə əxlaqsız təklif edirlər",- deyirdi.

25 noyabrda isə hər gözünün gördüyünə flaşmöb keçirdən təşkilatlar dərin səssizliyə qapandı. Uçanın, qaçanın xəbərini düzəldən, sorğu üstünə sorğu yayımlayan mediamız əlini qolunu yanına saldı. Bir qadın zorlanmadığı, qulaqları kəsilmədiyi, videosu yayılmadığı müddətcə xəbər dəyəri daşımaz. Qınamaq olmaz, hər şey ictimai marağa xidmət edir. Qadın haqları isə cəmiyyətin topuğundan da aşağı bir mövzudur.

Tarix
2013.11.28 / 21:24
Müəllif
Arzu Məmmədova
Digər xəbərlər

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır

Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı

İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video

Əliyev Moskvaya getmədi - Saakaşvili nələr yazdı?..

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens

Tarix necə dəyişdi? – 9 Mayla bağlı maraqlı sənəd - Foto

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla