Yuxarı

“Azercell” uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş layihə Park Bulvar TM-nin tərəfdaşlığı ilə keçirilir.

Axar.az xəbər verir ki, 1949-cu ildə keçirilmiş Qadınların Beynəlxalq Demokratik Federasiyasının Konqresi 1 iyun tarixini Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd etməyi qərara alır. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC bu il də ənənəsinə sadiq qalaraq Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş silsilə tədbirlər keçirir. Belə ki, “Azercell Telekom”un təşəbbüsü və Park Bulvar TM-nin tərəfdaşlığı ilə Pantomima Teatrının aktyorları tərəfindən hazırlanan səhnəciklər ilk olaraq 26 may tarixində Park Bulvarda nümayiş olunub. Böyük marağa səbəb olan səhnəciklər cəmiyyətdə uşaqlara qarşı psixoloji və fiziki zorakılığa son qoyulması, onlara diqqət və qayğı göstərilməsinin önəmli olması mesajını ötürür. İzləyicilərə uşaq zorakılığına qarşı mübarizənin simvolu olan mavi lent və “Azercell”in təşəbbüsü ilə yaradılan “Uşaq Qaynar Xətti” mobil tətbiqinin istifadə qaydaları haqqında broşuгlar paylanılıb. Şəhər əhalisi bu səhnəcikləri 1 iyun tarixi saat 19:00-20:00 arası və 2-3 iyun tarixləri saat 20:00–21:00 arası Park Bulvar TM-də, 2-3 iyun tarixləri saat 18:00-19:00 arası isə Fəvvarələr Meydanında izləyə biləcəklər.

Azercell Telekom MMC uşaq hüquqlarının qorunmasına, uşaqların sağlamlığı və təhsilinə yönəlik layihələrə öz Korporativ Sosial Məsuliyət siyasətində xüsusi önəm verir. Şirkət 2010-cü ildə yaranmasına yardım etdiyi və hər il dəstəklədiyi “Uşaq Qaynar Xətti” xidmətinin tərəfdaşı, kimsəsiz uşaqlara və xüsusi qayğıya ehtiyacı olan əhaliyə pulsuz tibbi xidmət göstərən “Mobil Diş” və “Mobil Göz” klinikalarının yaradıcısıdır. Eyni zamanda artıq dördüncü ildir ki, “Azercell” Uşaq Paralimpiya Komitəsinə dəstək verməkdə davam edir. “Azercell”in uşaq hüquqlarının qorunması ilə bağlı yeni sosial istiqaməti isə onların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün imkanların genişləndirməsilə bağlıdır və bu sahədə “Azercell” həm texnoloji addımlar atmış, həm də müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlamışdır.

https://web.facebook.com/azercell/videos/10155920656633303/

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Tarix
2018.06.01 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla