Yuxarı

“Azərsell” nömrələri müqaviləsiz satır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsell” nömrələri müqaviləsiz satır?

"Azərsell" ("Azercell") dilerləri nömrələri sənədləşdirmədən satır.

Bu barədə Axar.az-a məlumat verən abunəçilər qeyd edir ki, "Azərsell" nömrələri satılan dilerlərdə heç bir müqavilə imzalanmır. Satıcılar bununla bağlı onlara tapşırıq verildiyini bildirir. Yeni nömrələri heç bir müqavilə imzalamadan, sənədləşdirmə işi aparılmadan, ancaq şəxsiyyət vəsiqəsinin surətinin qarşılığında satırlar.

Məlumata görə, nömrənin alan şəxsin adına keçirilməsi isə 1 həftə ərzində onun imzası olmadan reallaşdırılır.

Onu da qeyd edək ki, nömrənin abunəçinin adına keçirilməməsi sonradan böyük problemlər yaradır. Belə ki, sənədləşdirilmədən alınan nömrə heç kimin adına qeydiyyatda olmur. Sonradan isə nömrənin abunəçinin adına keçirmə prosesi olduqca çətindir.

Həmçinin onu da qeyd edək ki, abunəçinin öz imzası olmadan aldığı nömrə adına sənədləşdirilirsə, bu cinayət məsuliyəti deməkdir.

"Azərsell"in mətbuat xidmətindən Günay Məmmədli Axar.az-a açıqlamasında bunun şirkət üçün yolverilməz olduğunu bildirdi:

"Müraciət etdiyiniz məsələ ilə bağlı uyğun şöbələrimiz arasında sorğu apardıq. Tam əminliklə bildiririk ki, bu cür hallar fəaliyyətimizdə yolverilməzdir. "Azərsell" şirkətinin diller məntəqələrində nömrə satılarkən bütün müştərilərlə müqavilə bağlanılır".

G.Məmmədli əlavə etdi ki, bu cür hallarla qarşılaşan bütün abunəçilər və müştərilər bununla bağlı "Azərsell"i məlumatlandırsınlar.

Tarix
2014.09.02 / 16:56
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

ABŞ, İsrail və İran məğlubdur: Qaliblər sırasında isə Bakı da var

İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

İlham Əliyev qazaxıstanlı nazirləri qəbul etdi - Foto

İranın şərtləri budur - ABŞ qəbul edə bilməz!

Bu, İran üçün qələbə deməkdir

Rəsmi Bakıdan ABŞ və İran arasındakı atəşkəsə reaksiya

Litva baş naziri Azərbaycana gəlir

Netanyahu sülhə imkan vermir: hücuma keçdi

XİN-dən Ağdaban qətliamı ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla