Yuxarı

Ağdaş sakini anasını güllələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdaş sakini anasını güllələdi

Ağdaş rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən güllələnmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında Ağdaşın Qaraoğlan kəndində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü Mollayev Nəsrəddin Asim oğlu ilə qonşusu 1970-ci il təvəllüdlü Bayramov Azər Əziz oğlu arasında dava baş verib. Məlumata görə iki qonşu arasında münaqişəyə səbəb Azərin inəklərinin kol-koslu çəpərdən Nəsrəddinin həyətinə keçməsi səbəb olub. Dəfələrlə bu halların baş verməsi sonda qonşular arasında qan davasına səbəb olub. Nəsrəddin Mollayev evindəki ov tüfəngini götürərək qonşusu Azər Bayramovu güllələyib. Hadisə şahidlərinin verdiyi məlumata görə, dava zamanı onları sakitləşdirmək istəyən Nəsrəddin Mollayevin anası, 1970-ci il təvəllüdlü Mollayeva Gülzar Fərman qızı və əmisinin arvadı 1961-ci il təvəllüdlü Mollayeva Simuzər Şiralı qızı da güllə yarası alıb. Yaralıların hər üçü Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən Nəsrəddin Mollayev tutularaq istintaqa təhvil verilib. Hazırda hüquq-muhafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2014.09.09 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla