Yuxarı

Qonşusunu öz yataq otağında tutdu - Cəlilabadda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşusunu öz yataq otağında tutdu - Cəlilabadda

Dünən gecə Cəlilabad rayonunun Maşlıq kəndində qısqanclıq zəminində baş vermiş qətlin təfərrüatı məlum olub.

Musavat.com-un məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsindən vesti.az-a verilən xəbərə görə, 1991-ci il təvəllüdlü Elxan Hüseynov qonşusu 1991-ci il təvəllüdlü Habil Şahbalayevə 7 bıçaq zərbəsi endirib. Bıçaq zərbələri nəticəsində H.Şahbalayev keçinib.

E.Hüseynov saxlanılıb. İlkin dindirmə zamanı o deyib ki, H.Şahbalayev onunla birlikdə həmkəndlilərinin toyunda iştirak edib. Daha sonra H.Şahbalayev ona yaxınlaşaraq evə getdiyini bildirib. E.Hüseynov isə ona toyda qalıb əylənməyi məsləhət görüb.

Ancaq E.Hüseynov toyda az qalıb. Bir müddətdən sonra o, evə qayıdıb və yataq otağına keçib. E.Hüseynovun sözlərinə görə, işığı yandıran zaman H.Şahbalayevlə qarşılaşıb.

E.Hüseynov bildirib ki, evin yataq otağına daxil olanda həyat yoldaşı otaqda olmayıb. Qadın daha sonra bildirib ki, həmin vaxt qayınanasına banka qoymağa gedibmiş.

Beləliklə qonşusunu yataq otağında görən E.Hüseynov bıçağı götürərək H.Şahbalayevə zərbələr endirib.

E.Hüseynovun təqsiri sübuta yetirilərsə, Cinayət Məcəlləsinə görə onu 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Həm E.Hüseynovun, həm də H.Şahbalayevin bir yaşlı övladı var.

Tarix
2014.09.10 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

Bakı sülhlə bağlı yalnız son bir addımı gözləyir...

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla