Yuxarı

Mail.ru istifadəçilərinə bəd xəbər - SOS

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mail.ru istifadəçilərinə bəd xəbər - SOS

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycan cəmiyyətinə qarşılaşa biləcəyi təhlükə ilə bağlı növbəti xəbərdarlığını elan edib. ETM-in ekspertləri bildirir ki, Azərbaycan əhalisi tərəfindən də geniş şəkildə istifadə olunan "mail.ru" internet ünvanlarının istifadəçiləri təhlükə ilə qarşı-qarşıyadır.

Axar.az xəbər verir ki, Rusiyanın ən böyük e-poçt xidməti "mail.ru"nun 4.6 milyon (4 664 478) istifadəçisinin istifadəçi adı və hesab şifrləri internetdə yayılıb. Bu şifrlərin 95%-nin aktiv olmayan istifadəçi hesablarına aid olduğu bildirilir. Şirkət tərəfindən verilən açıqlamada isə qeyd olunur ki, hakerlər tərəfindən internetə sızdırılan bu şifrlər fərqli zamanlarda onlar tərəfindən ələ keçirilib. Oğurlanan hesabların 5%-i isə şübhə altındadır və şirkət bir gün içində bu hesablara xəbərdarlıq mesajı göndərəcəyini bildirib.

Həmçinin qısa müddət öncə 1 milyona yaxın "Yandex" istifadəçilərinə aid hesab şifrləri də internetdə yayımlanıb.

Eyni zamanda 5 milyona yaxın (4 929 090) "Gmail" və digər "Google" xidmətləri istifadəçilərinin hesablarının da təhlükə altında olduğu qeyd edilir. Məlumat bazasının aktuallığı tam təsdiq olunmayıb. Ancaq qeyd olunan 60% e-poçt hesabının aktiv olduğu bildirilir. "Google"-dan verilən məlumata görə, məsələ hazırda araşdırılır.

Elektron Təhlükəsizlik Mərkəzi isə öz növbəsində, e-poçt hesablarınızın şifrlərini tez bir zamanda dəyişməyinizi və kompüterlərinizdə olan antivirus proqramını işə salmanızı tövsiyə edir.

Tarix
2014.09.11 / 11:54
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla