Yuxarı

Prokurorun qovulduğu təsdiqləndi - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, səbəb Nərimanov rayon prokurorluğu əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı cinayət-prosessual qanunvericiliyin və Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini pozmasıdır.

Həmçinin Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalar zamanı Nərimanov rayon prokurorluğu təhqiqat zamanı süründürməçiliyə, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri prinsipiallığın göstərilməməsi, eləcə də əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi və vətəndaşların müraciətlərinə vaxtında və obyektiv baxılmaması hallarına yol verdikləri müəyyən edilib.

Bakı şəhər sakini Ramazan Səlimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyev tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti üzrə prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə, həmçinin digər cinayət işləri və materiallar üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi yarıtmaz həyata keçirdiklərinə, habelə xidməti intizamı kobud şəkildə pozduqlarına görə Baş Prokurorluq üzrə müvafiq əmrlə Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilmiş, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, iki gün əvvəl Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Nərimanov rayon prokuroru Fikrət Ağa oğlu Mahmudovun işdən azad edilməsilə bağlı məlumat yayılmışdı.

Nərimanov Rayon Prokurorluğundan xəbəri qismən təsdiq edərək, hər şeyin sabah dəqiq bilinəcəyini demişdilər.

Tarix
2014.09.17 / 11:36
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla