Yuxarı

İsti hava yenidən qayıdır: temperatur...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, avqustun 16-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 26-31, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-65 faiz təşkil edəcək.

Avqustun 16-da Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında avqustun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 29-34 isti, dağlarda gecə 10-15, gündüz 18-23 dərəc isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Tarix
2018.08.15 / 13:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla