Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə
sahəsində yaradılmış Rusum.az portalı yeni versiyada istifadəyə
verilib.
Bu barədə Axar.az-a Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiyadan məlumat veriblər.
Məlumata görə, Rusum.az portalının yeni versiyası vətəndaşların
ən çox müraciət etdiyi dövlət xidmətləri üzrə məlumatların daha
asan, çevik və operativ şəkildə əldə edilməsi üçün hazırlanıb.
Yeni Rusum.az portalında vətəndaşlar aşağıdakı məlumat və
xidmətlərə çıxış əldə edə bilərlər:
1. Seçilmiş rüsumlar – vətəndaşların ən çox istifadə etdiyi
rüsumlar
2. Rüsumlar – dövlət orqanları tərəfindən tətbiq edilən bütün
rüsumlar
3. "ASAN Xidmət" onlayn növbə - ASAN Xidmət mərkəzlərində
növbənin vəziyyəti
4. "ASAN Xidmət" növbə tutulması - ASAN Xidmət mərkəzlərində
onlayn növbə tutulması
5. Kalkulyatorlar - vergilər, pensiya, avtomobillərin texniki
baxışı, icbari sığorta və gömrük rəsmiləşdirməsi
kalkulyatorları
6. Dövlət qurumlarına müraciət –dövlət qurmlarının əlaqə
vasitələri və onlayn müraciət imkanı
7. Lisenziya - sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyaların
alınması prosedurları
8. Vizalar – xarici səfərlər üçün vizaların alınması
qaydaları
9. Onlayn ödəmə - elektron formada dövlət orqanları və digər
qurumlara olan ödənişlərin həyata keçirilməsi
10. Faydalı məlumatlar – dövlət orqanları tərəfindən göstərilən
xidmətlər barədə faydalı məlumatlar
11. İctimai Forum - dövlət qurumları tərəfindən göstərilən
xidmətlər və ictimaiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin
müzakirəsi
Qeyd edək ki, Rusum.az portalı 2010-ci ildən fəaliyyət göstərir,
portalın yaradılmasında məqsəd şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərə
töhfə verməkdir. Rusum.az portalı Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiyanın dəstəyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində
ixtsaslaşmış "ProDemos" və "Antikorrupsiya Araşdırmalar Mərkəzi"
qeyri-hökumət təşkilatlarının birgə səyi nəticəsində
hazırlanıb.