Yuxarı

Kollecin vəzifəli şəxsləri barəsində cinayət işi başlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kollecin vəzifəli şəxsləri barəsində cinayət işi başlandı

Ağcabədi Pedaqoji Kollecinin vəzifəli şəxslərinin cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ağcabədi Pedaqoji Kollecinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı kollecin tələbəsinin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı kollecin direktoru vəzifəsini icra edən Sahib Hüseynovun vəzifəsindən sui-istifadə edərək kollecin qiyabi və əyani şöbələrində müxtəlif ixtisaslar üzrə təhsil alan 991 tələbədən imtahan sessiyasında müvəffəq qiymətlər almaları üçün 636 min 250 manat pulu rüşvət kimi alıb.

Həmçinin 108 tələbədən 48 min 600 manat pulu rüşvət kimi tələb edib.

Üç nəfər Ağcabədi rayon sakinini kollecə işə qəbul edib rəsmiləşdirməklə həmin şəxslərin əmək haqqı kartlarından 1.186 manat məbləğində pulu bankomat vasitəsilə çıxarıb.

Kollecdə təhsil alan tələbələrin təqaüd üçün bankomat kartlarının guya itməsi barədə "Kapital bank" ASC-nin Ağcabədi rayon filialına müraciət edərək 50 nəfər tələbənin adına bankomat kartları alaraq 10 min 563 manat məbləğində pulu talamağa cəhd edib.

Şübhələr üçün əsaslar olduğundan, Cinayət Məcəlləsinin 29, 179.3.2 (külli miqdarda mənimsəmə və israf etməyə cəhd), 308.1 (vəzifə saxtakarlığı), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.4 (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Bundan başqa, istintaq zamanı kollecin baş mühasibi Mahir Ağayev və metodisti Yusif Şirinovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmələrində və onlara etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamağa cəhd etmələrində şübhələr üçün əsaslar götürülüb.

Tarix
2014.09.25 / 12:04
Müəllif
Gülər Nəsibova
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla