Yuxarı

Onun istefasının əsil səbəbini bilirəm, lakin... - Qalmaqal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asəf Quliyev keçirdiyi mətbuat konfransında Milli Şura və AXCP-dən istefasının səbəblərini açıqlayıb. Keçmiş AXCP funksioneri partiyadan ayrılmasını təşkilatının bloklara qoşulması ilə izah edib, daha sonra Milli Şuradan istefasının səbəblərinə aydınlıq gətirib:

"Milli Şura cəmiyyəti öz ətrafında vahid namizədlə birləşdirə bilmədi. Qurumun apardığı xətt səhv idi və mən buna etiraz etdim. Təşkilat yaranan gündən, haqqında müxtəlif fikirlər formalaşdı. Eyni zamanda qurumun qarşısına qoyduğu məqsədlər, bir çox komitə və komissiyaların yaradılması işini başa çatdırmaması məndə inamsızlıq yaratdı".

Keçmiş şura üzvü Milli Şura yarananda onun əleyhinə olanların quruma cəlb olunması və həmin şəxslərin Cəmil Həsənlinin vəkili təyin olunmasını səhv qərar hesab etdiyini deyib:

"Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar. Bu, onların müsahibələrində də öz əksini tapıb. Buna baxmayaraq, Arif Hacılı Milli Şuranın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu. Eyni zamanda, Milli Şuranın rəhbərliyində Cəmil Həsənlinin namizədliyi verildiyi gün seçkinin uduzulduğu bəlli idi. Çünki bu cür hədəf, komanda ilə seçkiyə gedilməsi elə bu nəticəni verəcəkdi. Son iki il ərzində, xüsusilə seçki öncəsi Milli Şuradakı proseslər məndə fikir ayrılığı yaratdı".

"Aznews.az" xəbər verir ki, A.Quliyev seçkidən sonra istefanın effekti olmayacağını düşünərək, hər iki qurumdan ayrılıb: "Əgər seçkidən sonra istefa versəydim, bu, cəmiyyətdə ajiotaj doğurmayacaqdı və düşünürəm ki, arxadan atılmış daş kimi qiymətləndiriləcəkdi".

Rauf Arifoğlu: Söyləməyi etik bulmuram...

"Asəf Quliyev gözünün içinə qədər yalan danışır. Onun istefasının əsil səbəbini bir çoxları kimi, mən də bilirəm. Lakin söyləməyi etik bulmuram... Ayıbdır, bu qədər yalan danışmasın, öz zibillərini bizim üzərimizə şər atmaqla ört–basdır etməsin. Böhtanın, yalanın, şərin də bir həddi, heç olmasa məntiqi olar".

Bu sözləri isə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP-dən və Milli Şuradan istefa vermiş Asəf Quliyevin ittihamlarına cavab olaraq "Lent.az"a deyib.

"Bəlkə buraya Amerika və Rusiya prezidentlərinin, Türkiyə baş nazirinin dünya çapındakı son hərəkətlərindən narazılığını da əlavə etsin? Başqa siyasi xadimlərin, qəzet redaktorunun özlərinə, hədəflərinə uyğun fəaliyyəti digər siyasi funksionerin öz təşkilatından istefasına necə təsir edə bilər; bu dəliliyin, anormallığın bir izahatı varmı? Arif Hacılı, Pənah Hüseyn AXCP rəhbərləridirlər ki, onların fəaliyyəti sənin xoşuna gəlməyəndə təşkilatından çıxıb gedirsən? Yenə Milli Şuradan getməyi birtəhər bağlamaq olar, bəs, AXCP? Hansı məntiqlə bir təşkilatın funksioneri digər təşkilatın rəhbərlərinin açıqlama və siyasi proqramına görə istefa verər?"

R. Arifoğlu Asəf Quliyevin istefasının səbəbinin başqa olduğuna diqqət çəkib: "Onun istefasının səbəbi tamamilə başqadır, özəldir və bu 3 şəxslə heç bir ilgisi yoxdur".

Baş redkator A. Quliyevi "özünü bitirmiş, siyasi həyatını məhv etmiş" adlandırıb və onun iqtidarda və müxalifətdə gizli himayə edənlərin olduğuna eyham vurub: "Ona baş qoşmamaq da olardı. Lakin görünən budur ki, onun dedikləri bu absurdları ciddi məsələ kimi gündəmə daşıyan iqtidarda və müxalifətdə müəyyən güclər, ona dəstəyini bildirən, gizli himayə edən "keçmiş" silahdaşları da ortaya düşüb. Burada birbaşa hədəf Müsavat Partiyası, onun rəhbərliyidir.
Bu baxımdan, bu cür "donqili" ittihamlara cavab verərək, Asəf Quliyevin özünə və ona himayədarlıq edənlərə xəbərdarlıq edirəm".

Tarix
2013.12.01 / 17:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla