Yuxarı

Vahid Əhmədovdan hökumətə: “Yeni şəhər salınsın”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vahid Əhmədovdan hökumətə: “Yeni şəhər salınsın”

"Bakıya girişlə bağlı məhdudiyyətin qoyulması və yaxud şəhərə maşınların ödənişlə daxil olmasını təmin edən qanunun ölkəmizdə tətbiqi real deyil".

Bunu Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov Moskvada tıxac problemini aradan qaldırmaq üçün 2015-ci ildə icrası gözlənilən yeni qanun lahiyəsini və belə bir qanunun Bakıya tətbiqinin mümkünlüyünü şərh edərkən deyib.

O, Moskvada sözügedən məsələ ilə bağlı problemlərin çox olduğunu bildirib:

"Ümumiyyətlə, bu şəhərdə kənar avtomobillərin mərkəzə girişi onsuz da qadağandır. Amma yeni qanunun ciddi təsiri olacağını hesab etmirəm. Ona görə ki, Moskvaya başqa yerlərdən gələnlər daha çox təyyarədən, qatardan istifadə edirlər, nəinki avtomobildən".

Bakıda da tıxac probleminin yaşandığını və ona görə də bu qanunun cəlbedici görünməsi məsələsinə toxunan V.Əhmədov başqa variantları daha uğurlu olacağı qənaətindədir:

"Bakı da Moskva kimi tıxac problemi yaşayan şəhərdir. Ancaq Bakıya girişlə bağlı məhdudiyyətin qoyulması və yaxud şəhərə maşınların ödənişlə daxil olmasını təmin edən qanunun ölkəmizdə tətbiqi real deyil. Onun effektli olmasına da inanmıram. Təklif edərdim ki, Bakıda sıxlığı aradan qaldırmaq üçün şəhər kənarında yeni dayanacaqlar tikilsin və rayondan gələn avtomobillər orada park edilsin".

V.Əhmədov şəhərdə sıxlığı aradan qaldırmağın köklü həlli üçün artıq hökumətə iki variant təklif etdiyini vurğulayıb:

"Birincisi, şəhər kənarında yeni şəhər salınaraq əsas idarə və təşkilatların oraya köçürməsidir (Ankara, İstanbul və Astanada olduğu kimi). İkinci yol isə maşınların artan sayı ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycanda bir milyon 300 minə yaxın avtomobil var və bunun 700 mini Bakıdadır. Məsələn, Tehranda şəhər mərkəzinə kənar ölkə maşınları buraxılmır. Bu yalnız şəhərin yerli sakinlərinə icazə verilir. Bu baxımdan da hesab edirəm ki, Bakıda da rayondan gələn avtomobillərin şəhər mərkəzinə buraxılması ilə bağlı ciddi tədbirlər görmək lazımdır".

Xatırladaq ki, Moskvada sıxlığı aradan qaldırmaq üçün avtomobillərin şəhərə girişinin pullu olması ilə bağlı yeni qanun layihəsi işlənib hazırlanıb. Qanunun pilot halda 2015-ci ildən tətbiqi gözlənilir.

Tarix
2014.09.26 / 10:07
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla