Yuxarı

"Qardaşım oğlunu öz dayısı uşaqları döyüb, öldürdü..." - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qardaşım oğlunu öz dayısı uşaqları döyüb, öldürdü..." - Video

Xaçmazda bibioğlu ilə dayıoğlunun mübahisəsi sonda faciəyə gətirib çıxarıb.

ANS xəbər verir ki, hadisə sentyabrın 26-sı axşam saatlarında Xaçmazın Çinartala kəndi ərazisində şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.

Rayonun Qusarçay kənd sakini, 28 yaşlı Rüfət Xeyrullayevin dayısı oğlu, 32 yaşlı Saleh Hacıyevlə sərxoş halda dava etməsi Rüfətin həyatı bahasına başa gəlib. Yıxılaraq pilləkənə başı dəyən Rüfət 1-2 saat sonra evdə dünyasını dəyişib.

Mərhumun ailə üzvləri və qohumları isə onun qəsdən öldürüldüyünü iddia edir.

Rüfətin əmisi Vüqar Xeyrullayevin sözlərinə görə, onu döyüərək öldürüblər.

Ölənin həyat yoldaşı Ofeliya Xeyrullayeva da bu işin araşdırılmasını xahiş edir.

Mərhumun dayısı, yəni saxlanılan şəxsin atası Həmid Hacıyev isə bacıoğlusunun onun oğlu tərəfindən öldürülmədiyini və hadisənin qəsdən baş vermədiyini bildirdi.

Həmid Hacıyev deyir ki, Rüfət içkili olub və bədbəxt hadisə nəticəsində pilləkəndən yıxılaraq ölüb.

Xaçmaz rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahverənov hadisə ilə bağlı Yataqoba kənd sakini- mərhumun dayısı oğlu Saleh Hacıyevin şübhəli şəxs qismində saxlanıldığını dedi.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb. Hadisə ilə bağlı bütün qaranlıq məsələlərə isə istintaqdan sonra aydınlıq gətirəcək.

Tarix
2014.09.28 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla