Yuxarı

Silahlı basqına Prokurorluq və DİN-dən açıqlama - Yeniləndi (3)

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:56

Goranboy rayonunda kütləvi qətl törədilib.

Goranboy rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.

Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir.

Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

***

11:02

Goranboy rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisəni törədən şəxs Rafiq Müzəffər oğlu Hüseynov özü polisə təslim olub.

Məlumata görə, hadisəni törədən şəxs həmin ailənin qızı ilə bir ay əvvəl evlənib. Qız atasının ildönümü mərasiminə gedərkən əri onunla şərt kəsib ki, qardaşlarından başqa heç bir qohumuyla öpüşüb-görüşməsin. Lakin yas mərasimində qız ərinin bu şərtini pozub, əmisi oğlanları ilə görüşüb.

Mərasimdən sonra evinə qayıdan gəlinə əri bir sillə vurub. Bundan acıqlanan gəlin ata evinə qayıdıb.

Bundan sonra ər barışmaq üçün bir neçə dəfə qayınatasıgilə gedib. Lakin qızın ailəsi barışmağa razı olmayıb. Bundan əsəbiləşən kürəkən məlum hadisəni törədib.

Məlumata görə, kürəkən evə qumbara ataraq bir ailəni məhv edib. Ölənlər arasında 3 yaşlı uşaq da var.

Ölənlər bunlardır:

Diləzbər (ana)
Fərqanə (baldız)
Südabə (gəlin)
Namiq (qardaş)
Ofilə
Həvayət
İsa (3 yaş)

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə bildiriblər ki, xəstəxanaya silahlı insidentlə bağlı iki xəstə daxil olub. Onlar 1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədovadır. Onların hər ikisi Goranboy rayonunun Safıkürd kənd sakinidirlər.

***

11:38

Goranboyda törədilən kütləvi qətllə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə qrupu hadisə yerinə göndərilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov bildirib.

Baş prokuror ümid edir ki, hadisəsnin tam obyektiv istinqatı təmin olunacaq: "Belə bir hadisənin baş verməsinə çox təəssüf edirik. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən şəxs tutulub".


Qeyd edək ki, oktyabrın 1-nə keçən gecə Goranboyda evə silahlı hücum nəticəsində 7 nəfər öldürülüb, iki nəfər isə ağır yaralanıb. Qətli törətməkdə şübhəli bilinən kürəkən saxlanılıb. O, 1978-ci il təvəllüdlü Rafiq Hüseynovdur.

***

Oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

Axar.az Daxili işlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, R.Hüseynov könüllü olaraq Goranboy RPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

Tarix
2014.10.01 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki... - Həşimli

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla