Yuxarı

Goranboy qətliamında ölənlərin sayı 8-ə çatdı – Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Goranboy qətliamında ölənlərin sayı 8-ə çatdı – Yeniləndi

22:19

Bu gün səhər saatlarında Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Rafiq Müzəffər oğlu Hüseynovun törətdiyi ağır cinayət nəticəsində ölənlərin sayı 8-ə çatıb.

Yerli sakinlərdən birinin Axar.az-a verdiyi xəbərə görə, hadisə zamanı yaralanan Günel Məmmədova xəstəxanada dünyasını dəyişib. Onun iki azyaşlı övladı var.

Bu arada Rafiq Hüseynovun ailəsi haqda son məlumatlar daxil olub. Sakinlərin Axar.az-a bildirdiyinə görə, Hüseynovlar altı qardaş olublar. Onlardan biri - Şaiq Hüseynov intihar edib. Onun da həyat yoldaşı ilə arasında tez-tez mübahisələr yaşanıb. Qardaşlardan biri isə oğurluğa görə həbs həyata yaşayıb.

Mənbənin sözlərinə görə, digər üç qardaşdan biri rayonda yaşayır, digərləri isə Rusiyada işləyir. Hadisədən sonra R.Hüseynovun valideynləri yaşadıqları Səfikürd kəndindən çıxarılıb. Onların harada saxlandığı bilinmir.

Polisin Hüseynovun valideynlərini kənddən çıxarmasının səbəbi baş verən hadisənin miqyasının böyüməsinin qarşısını almağa hesablanıb. Çünki qətlə yetirilən şəxslərin yaxınları bu dəhşətli cinayətə cavab olaraq hər hansı addım ata bilər. Odur ki, qatilin ailəsi kənddən kənarlaşdırılıb. Onların rayona qayıdacağı gözlənilmir.

Xatırladaq ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Rafiq Müzəffər oğlu Hüseynov yoldaşına atasının ildönümü mərasiminə gedərkən tapşırıb ki, qardaşlarından başqa heç bir qohumuyla öpüşüb-görüşməsin. Lakin yas mərasimində qız ərinin bu şərtini pozub, əmisi oğlanları ilə görüşüb. Mərasimdən sonra evinə qayıdan gəlinə əri bir sillə vurub. Bundan acıqlanan gəlin ata evinə qayıdıb. Daha sonra ər barışmaq üçün bir neçə dəfə qayınatasıgilə gedib. Lakin qızın ailəsi barışmağa razı olmayıb. Bundan əsəbiləşən kürəkən məlum hadisəni törədib. Məlumata görə, kürəkən evə qumbara ataraq bir ailəni məhv edib. Hadisə zamanı ölənlər 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur.

1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədova isə yaralanmışdı. Qeyd etdiyimiz kimi, iki yaralıdan biri - Goranboy rayonunun Safıkürd kənd sakini Günel Məmmədova xəstəxanada dünyasını dəyişib.

***

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından Axar.az-a bildiriblər ki, hazırda hər iki yaralının vəziyyəti sabit-ağırdır və yaralılardan birinin ölməsi barədə kənd sakinlərinin yaydığı xəbər həqiqəti əks etdirmir.

Tarix
2014.10.01 / 22:59
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla