Yuxarı

7 nəfərin qatilinə ömürlük həbs

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
7 nəfərin qatilinə ömürlük həbs

Goranboy rayonunun Səfikürd kəndində bir ailənin 7 üzvünü qətlə yetirib, ikisini ağır yaralayan rayon sakini Rafiq Müzəffər oğlu Hüseynov Gəncə polisində saxlanılır.

Bu barədə Axar.az-arayon sakinləri özləri məlumat veriblər. Məlumata görə, hazırda Gəncə Şəhər Polis İdarəsində saxlanılan qətli törətmiş Rafiq Müzəffər oğlu Hüseynovu ömürlük həbs həyatı gözləyir.

Qeyd edək ki, dünən səhər saatlarında Goranboy rayon sakini Rafiq Müzəffər oğlu Hüseynov qayınatasının evinə silahlı hücum edib. Kürəkən evə qumbara ataraq bir ailəni məhv edib. Hadisə zamanı ölənlər 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur.

1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədova isə yaralanıb. Günel Məmmədovanın da dünyasını dəyişdiyi barədə sakinlərin verdiyi məlumatı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından təsdiqləməyiblər.

Tarix
2014.10.02 / 16:33
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla