Müdafiə naziri general-polkovnik Zakir Həsənovun
tapşırığına əsasən, Azərbaycan Respublikası Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatının dəvətilə ölkəmizə səfərə
gəlmiş Ehtiyatda və İstefada olan Zabitlərin Təşkilatlarının
Beynəlxalq Məsləhətləşmə Komitəsinin nümayəndə heyətilə görüş
keçirilib.
Axar.az Müdafiə
Nazirliyinin
rəsmi saytına istinadən xəbər verir ki, qonaqlara əvvəlcə
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi barədə məlumat
verilib.
Sonra nümayəndə heyətinin rəhbəri Aleksandr Kanşin qonaqpərvər
qəbula görə Müdafiə nazirliyinin rəhbərliyinə minnətdarlığını
çatdırıb. O, hazırda Komitənin təşkilatçılığı ilə "Müharibələrsiz
və hərbi münaqişələrsiz dünya" adlı sənədli filmlər və televiziya
proqramları festivalının keçirildiyini və festivala Bakıda yekun
vurulması haqda qərar qəbul edildiyini bildirib.
Sonra general-leytenant K.Vəliyev Komitənin fəaliyyətinin
xeyirxah məqsəd daşıdığını, onun veteran təşkilatları arasında
humanitar əlaqələrin möhkəmləndirilməsinə müsbət təsir göstərdiyini
qeyd edib.
Görüşdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin
rəisi polkovnik Rüfət Əmirov, Respublika Veteranlar Təşkilatının
sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev, ehtiyatda olan
polkovnik Cəlil Cəlilov iştirak ediblər.