Yuxarı

Bakıda evə basqın: maskalı şəxslər pul tələb etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluqla məşğul olan dəstə üzvləri həbs edilib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 30-da Rəşad Quliyevin evinə daxil olan maskalı şəxslər ev sahibinin və onun ailə üzvlərinin əl-qolunu bağlayaraq pul tələb ediblər. Naməlum şəxslər evdə bir milyon manat pul olduğunu və həmin pulu götürməyəcəkləri təqdirdə ailə üzvlərini öldürəcəkləri ilə hədələyiblər. Ev sahibi isə onlara evdə o qədər pul olmadığını, mənzildə 1200 manat, 200 ABŞ dolları və qızıl əşyaların olduğunu deyib. Evdə axtarış aparan naməlum şəxslər əlavə pul tapa bilməyiblər. Evdə olan pulu, qızıl-zinət əşyalarını və bir ədəd ov tüfəngini götürən maskalı şəxslər əl-ayağı və ağızları bağlanmış ailə üzvlərinin hamısını vanna otağına salıb qapını da bağlayaraq mənzili tərk ediblər.

Bu barədə polisə məlumat daxil olan kimi Daxili İşlər Nazirliyini Baş Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər nəticəsində quldurluq törədən dəstənin başçısının Mircavid Mirbağırov olduğu müəyyən edilib. Dəstə başçısının yaşadığı evdə gizlənməsi barədə daxil olan məlumat əsasında əməliyyat qrupu həmin ünvana gedib. Evdə axtarış aparan polis əməkdaşları mənzildə heç kimi tapa bilməyiblər. Əməliyyatçılar mənzili tərk etmək istəyərkən yataq otağında böyük yük çantasının aşdığını görüblər. Dərhal çantaya baxış keçirən əməliyyatçılar M. Mirbağırovun çantada gizləndiyini aşkar ediblər.

Dəstə başçısı tutulandan sonra onunla birgə quldurluq etməkdə şübhəli bilinən digər dəstə üzvləri - əvvəllər məhkum olunmuş Salman Zeynalov, Yaşar Yusifov, Şamil Quliyev və Cəlilabad rayon sakini Mais Abıyev tutulublar.

Hazırda dəstə üzvlərinin digər cinayət əməllərinin olub-olmadığı araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Tarix
2014.10.04 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla