Yuxarı

Goranboy qətliamından son xəbər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Goranboy qətliamından son xəbər - Foto

Goranboyun Səfikürd kəndində qətlə yetirilənlərin yeddi mərasimi keçirilib.

Axar.az-a kənd sakinlərinin verdiyi məlumata görə, 7 mərasimi ötən gün təşkil edilib. 7 nəfəri öldürən Rafiq Hüseynov isə hazırda rayon polis şöbəsində saxlanır.

Hadisədən səkkiz gün keçməsinə baxmayaraq, həm qatilin öz mənzili, həm valideynlərinin yaşadığı evin qabağından polis postu götürülməyib.

Goranboy rayon rəhbərliyi polis postunun saxlanılmasını və qatilin valideynlərinin Səfikürddən köçməsini tövsiyyə edib. Hələlik onların başqa yerdə məskunlaşdığı deyilir.

Qatilin yaraladığı 2 nəfər isə artıq reanimasiya şöbəsindən çıxarılıb. Kənd sakinləri bildirdilər ki, Gəncə şəhər xəstəxanasında müalicə olunan R.Hüseynovun qayını Natiq Məmmədov və qohumu Günel Məmmədovanın vəziyyəti yaxşılaşıb:

"Natiq daha yaxşıdır, artıq palataya köçürüblər. Günel də reanimasiyadan çıxarılıb, amma müalicəsi davam edir. Onların müalicə xərclərini Goranboy rayon rəhbərliyi öhdəsinə götürüb. Ümumilikdə kənddə sakitlikdir. İstintaq gedir, hadisə şahidlərinin, qatili tanıyanların, öldürülənlərin yaxınlarının ifadələri alınır".

Qeyd edək ki, Goranboy rayon sakini Rafiq Müzəffər oğlu Hüseynov qayınatasının evinə silahlı hücum edib. Kürəkən evə qumbara ataraq bir ailəni məhv edib. Buna səbəb evləndiyi qızın mübahisə etdikdən sonra atası evinə getməsi və geri qayıtmaması olub.

Hadisə zamanı ölənlər - 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur. 1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədova isə yaralanıb.

Tarix
2014.10.08 / 14:50
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla