Yuxarı

"Oğlumu öldürüb, əmlakını ələ keçiriblər" - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Oğlumu öldürüb, əmlakını ələ keçiriblər" - Foto

Ötən ilin martında Rusiyada qətlə yetirilən iş adamı Samid Şahbazovun ölümü ilə bağlı başlanan cinayət işinin təfərrüatları və ortaya çıxan şübhəli məqamlar barədə xəbər vermişdik. Prosesin gedişi barədə yeni məlumatları əldə etmək üçün mərhumun ailəsi ilə əlaqə saxladıq.

S.Şahbazovun anası Zivər Kərimova Axar.az-a açıqlamasında bu qətlin sifarişli olduğunu vurğulayıb:

"Oğlum Samid Şahbazovun əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlimiz Müdrət Mahmudov oğlumun qətlini sifariş verib. Müdrət Mahmudov sifətini tanınmaz hala salaraq hələ də istintaqdan yayınmağa çalışır. Ancaq mən heç vaxt imkan vermərəm ki, iki oğlumun qatili azadlıqda gəzsin".

Əlbir olub iş adamını qətlə yetirdilər

S.Şahbazov 2013-cü il martın 28-də yaşadıqları evdə - Rusiya Federasiyası, Zabaykal diyarı, Çita şəhəri, Qriqoriya Kostina küçəsi ev 49 "a", mənzil 29 ünvanında 2 nəfər tanımadığı maskalı şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Elə həmin gündən onun həmkəndlisi Müdrət Mahmudov və keçmiş həyat yoldaşı N.Fidosiyeva özlərini şübhəli aparıblar.

Qeyd edək ki, mərhum S.Şahbazovun Rusiya Federasiyası, Çita şəhərində ərzaq məhsullarının topdansatışı və yanacaqdoldurma məntəqələrini işlədib. Bu işdə ona həmkəndlisi Mahmudov Müdrət Qəribəli oğlu, qardaşı Şahbazov Xanağa Sultanağa oğlu və bacısı oğlanları yardım edib. Yanacaqdoldurma məntəqəsindən əldə edilən gəliri isə keçmiş həyat yoldaşı Nataliya Fidosiyeva ilə bölüb.

İki qardaşın ölümünə səbəb oldu

İş adamının ölümündən bir müddət sonra M.Mahmudov S.Şahbazovla bütün işlərində şərik olduğunu, ona görə də həmin biznesin bir hissəsinə sahib çıxacağını bildirib. Onun bu fikrini qohumlar təəccüblə qarşılayıb. Onlar məhz M.Mahmudovla N.Fidosiyevanın əlbir olub S.Şahbazovun qətlini sifariş etdikləri qənaətindədir. Çünki S.Şahbazov dəfələrlə qardaşı Xanağa Şahbazovun və digər qohumlarının yanında həmkəndlisi Müdrət Mahmudovla şərik olmadığını, istədiyi vaxt onu işdən kənarlaşdıra biləcəyini deyib.

S.Şahbazovun ölümü və əmlakı üzərində başlanan mübahisələr onun qardaşının da həyatına son qoyub. Xanağa Şahbazov ötən il oktyabrın 15-də ürək tutmasından dünyasını dəyişib.

İstintaqda irəliləyiş olub

Xatırladaq ki, S. Şahbazovun ölüm faktı ilə bağlı Çita şəhəri, Jeleznodorojnu rayonu istintaq şöbəsində cinayət işi başlayıb. Prosesin gedişi barədə Axar.az-a danışan zərərçəkmiş tərəfin hüquqlarını müdafiə edən Səməd Vəkilov cinayət işinin istintaqı ilə bağlı ciddi irəliləyişin olduğunu deyib:

"Ancaq hələlik istintaq sirri olduğu üçün geniş açıqlama verə bilmirik. İstintaqla bağlı bir sıra iradlarımız var idi. Həmin iradları Rusiya Federasiyası Baş Prokuroluğuna göndərmişik. Zabaykal diyarı Jeleznidorojnu rayon prokuroru əvəzi Zalataryov qərar qəbul edərək şikayətlərimizi təmin edib".

Tarix
2014.10.14 / 12:14
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi - Foto

Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya

Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay

AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

Ermənistan nümayəndələri Azərbaycana səfər edəcək

Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu

Azərbaycan XİN Panamanı təbrik etdi

Ceyhun Bayramov Əlcəzairə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla