Yuxarı

“Oazis”də qanlı dava: cinayət ört-basdır edilir - Özəl/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Oazis”də qanlı dava: cinayət ört-basdır edilir  - Özəl/Video

Sentyabrın 2-də "Oazis" restoranında baş verən kütləvi dava ilə bağlı istintaq "donub".

Axar.az-ın əldə etdiyi məlumatda iddia olunur ki, hadisədən 43 gün keçməsinə baxmayaraq, istintaqın gedişi haqda məlumat verilmir. Tərəflər arasında barışıq əldə olunandan sonra cinayət işinin nə yerdə olduğu açıqlanmır.

Qeyd edək ki, kütləvi davaya görə iki maddə üzrə cinayət işi başlanmışdı. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə istintaq aparılırdı.

Eyni zamanda ikisi restoranın əməkdaşı olmaqla - Camal Məmmədov, Kənan Adıgözəlov və Ravid Abdullayev istintaqa cəlb olunmuşdu. Lakin R.Abdullayev zaminə buraxıldı və o vaxtdan bu günə kimi istintaqın gedişindən bir xəbər yoxdur.

Başı Şəhər Prokurorluğundan Axar.az-a bildirildi ki, iş Daxili İşlər Nazirliyinə verilib. DİN-dən isə hadisənin Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırıldığı qeyd olundu.

Binəqədi RPİ-nin İstintaq şöbəsindən Mehman Ələsgərov da öz növbəsində qeyd etdi ki, cinayət işi onlar tərəfindən araşdırılmır: "İş bizdən alınıb".

Ancaq işin istintaq şöbəsindən alınıb hansı idarəyə verildiyi bilinmir. Belə güman etmək olar ki, tərəflər arasında barışıq əldə edildikdən sonra cinayət işi materialları tarixin ya arxivinə qovuşub, ya da "Oazis cinayəti" qovluğu tozlu rəflərin birində yerləşdirilib. Ancaq bu rəfin hansı polis idarəsində olduğu də məlum deyil.

Yada salaq ki, sentyabrın 2-də "Oazis" restoranında müştərilərlə restoranın işçiləri arasında kütləvi dava olub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Tarix
2014.10.15 / 12:19
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Moskva Bakı və İrəvana müraciət etdi

Mehdiyev həbs edildi: kadrları dərhal hərəkətə keçdilər

Mehdiyev işinin şifrələri: daha kimlər həbs olunacaq?

Türkiyədə qərar: Azərbaycanlılar hansı üstünlüklər qazandı?

Həbs edilən Ramiz Mehdiyevin milyardları üzə çıxır - Siyahı

Azərbaycan-İran sərhədi ilə bağlı yenilik

Ramiz Mehdiyev niyə indi həbs edildi? - İsti şərh

Ramiz Mehdiyev həbs edildi - Təcili

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla