Yuxarı

Əri üçün telefon keçirmək istəyən qadın tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əri üçün telefon keçirmək istəyən qadın tutuldu

Bakıdakı 13 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyalar keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Urfan Fikrət oğlu Umayevin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Şabran rayonu, Rəhimli kəndində yaşayan vətəndaş Tamilə Simran qızı Paşayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı onun əl çantasının içərisində gizlədilmiş, daxilində "Cin" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı, 1 ədəd qulaqcıq və gətirdiyi sovqatın içərisində gizlədilmiş 1 ədəd əl bıçağı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Urfan Umayev Cinayət Məcəlləsinin 228.2; 279.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Tarix
2014.10.16 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla