Yuxarı

Rabitə Nazirliyi işçi axtarır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rabitə Nazirliyi işçi axtarır

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqə və ümumi müsahibə elan edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, müsabiqə və müsahibəyə 24 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 451 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb.

Müsabiqənin elan olunduğu vakant dövlət qulluğu vəzifələri sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) vakansiyaları da yer alıb.

RYTN-də mövcud olan vakansiyalara Hüquq və insan resursları şöbəsi, Hüquqi təminat sektorunda aparıcı məsləhətçi, Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq tədbirlərin təşkili sektorunda məsləhətçi, aparıcı məsləhətçi, həmin şöbənin Beynəlxalq təşkilatlarla əlaqələr sektorunda aparıcı məsləhətçi (2 yer), Elektron idarəçiliyin inkişafı şöbəsində məsləhətçi, aparıcı məsləhətçi, İnformasiya cəmiyyətinin inkişafı şöbəsində aparıcı məsləhətçi, böyük məsləhətçi, Tənzimləmə şöbəsi, Arabağlantı və xidmətlər sektorunda məsləhətçi, Sənədlərlə iş və təminat şöbəsində məsləhətçi vəzifələri daxildir.

Bununla yanaşı, müsabiqəyə RYTN, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Sahibkarlığın inkişafı sektorunda baş məsləhətçi (hüquqşünas), sektor müdiri Elektron Təhlükəsizlik Mərkəzində baş mühasib, mərkəzin Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunda baş məsləhətçi, sektor müdiri vakansiyaları təqdim edilib.

Qeyd edək ki, müsabiqə şərtləri ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın saytında (www.csc.gov.az) ətraflı tanış olmaq olar.

Tarix
2014.10.17 / 11:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla