Yuxarı

“Mənim Bakcellim”dən yenilik: “Bakcell” dən onlayn çat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin telekommunikasiya bazarında ilk və ən innovativ müştəri xidməti aləti olan – “Mənim Bakcellim” applikasiyasına mühüm yenilik əlavə edib.

Axar.az xəbər verir ki, abunəçiləri daha rahat və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün "Bakcell" özünün “Mənim Bakcellim” applikasiyasında Onlayn Çat funksiyasını işə saldı. Onlayn Çat vasitəsilə "Bakcell" abunəçiləri istənilən vaxt operatorla canlı əlaqə qurub öz suallarını verə bilərlər.

Qeyd edək ki, abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün "Bakcell" virtual müştəri xidməti tətbiqetməsini istifadəyə verdi. “Bakcell”in özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmadı.

“Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımı əməliyyatları həyata keçirməklə yanaşı balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları müştəri xidməti mərkəzinə getmədən, növbədə gözləmədən və hətta məlumat mərkəzinə zəng vurmadan əldə edirlər.

Bundan əlavə, “Mənim Bakcellim” istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malik olacaqlar. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti, sərf olunmuş məbləğlər və əlavə xidmətlərdən istifadə daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edə biləcəklər.

Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan "Bakcell" öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə təmin edir. Şirkət bunun üçün zəruri olan ən sürətli və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi qurmağa nail olub. "Bakcell" abunəçilərin arzu, təklif və ehtiyaclarını nəzərə alaraq, mobil xidmətlərdən istifadə zamanı onları əhəmiyyətli dərəcədə rahatlıq və şəffaflıqla təmin edir. Abunəçilərə təqdim olunan xidmətin keyfiyyətini artırmaq məqsədilə “Mənim Bakcellim” vasitəsilə təmin edilən müştəri təcrübəsi daim ölçülür və diqqət mərkəzində saxlanılır. Xidmət səviyyəsinin daha da yüksəldilməsi üçün Bakcell öz abunəçilərinin bütün rəy və təkliflərini nəzərdən keçirir və yeni mobil applikasiyanı Google Play və Appstore portallarında qiymətləndirib müvafiq rəy yazmağa dəvət edir.

“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda “Mənim Bakcellim” proqramının “desktop” versiyasından yararlana bilərlər. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər https://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.

Tarix
2018.11.29 / 18:16
Müəllif
Axar.az
Digər xəbərlər

İran Avropanın üç tələbini qəbul edərsə…. - Politoloq

İranın hücumu “simvolik” olsa da, radikal addım ata bilər

Bu gün Elçibəyin doğum günüdür

Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi

Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu

İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN

Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu

Böyük Qayıdışla bağlı ilk iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla