Yuxarı

Bunun hüquqi statusunu Şah İsmayıl yaradıb – Əli Həsənov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana dili bir toplumu digərindən fərqləndirən, müdafiə edən ən mühüm vasitədir. Hər bir dövlət dilin qorunmasında xüsusi qayğı göstərməlidir. Necə ki, bu gün Prezident İlham Əliyev başda olmaqda dövlət dilə bu qayğını göstərir. Dil dövlətin hüquqi-siyasi statusunu daşıyır və dövlətin əsas atributudur.

Axar.az xəbər verir ki, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov Elektron Mediaya Yardım Fondu və Kütləvi informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında avqust-sentyabr aylarında aparılmış monitorinqlərin nəticələrinə dair konfransda çıxışı zamanı deyib.

Ə.Həsənov həmçinin Azərbaycan dilinin qədim tarixə, orta əsrlərdən hüquqi-siyasi statusa malik olduğunu deyib.

“Azərbaycan dili yoxdur” deyənlərə müraciət edərək bildirmək istəyirəm ki, bu dilin qədim tarixi var. Azərbaycan dili hüquqi-siyasi statusunu orta əsrlərdə Şah İsmayıl Xətainin qərarı ilə qazanıb. Daha sonra Nadir şah, xanlıqlar dövründə də Azərbaycan dili dövlət dili olub. XIX-XX əsrin maarifçiləri milli dildə mətbuat yaradaraq azərbaycanlı olduğumuzu və dilimizin Azərbaycan dili olduğunu çatdırıb. Xalq Cümhuriyyəti qurucuları dövlət yaradan kimi dilə hüquqi-siyasi status verdilər. Sovet dövründə Azərbaycan Konstitusiyası qəbul olunanda ümummili lider Heydər Əliyevin israrı ilə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi maddə əlavə edildi. Müstəqillik dövründə yenidən Azərbaycan dili dövlət dili kimi rəsmən təsdiqləndi”.

Ə.Həsənov bildirib ki, müstəqil Azərbaycanın dil siyasəti ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Prezidentin köməkçisi vurğulayıb ki, bu dilin tarixi hər bir azərbaycanlının Azərbaycan dilini qorumalı olduğunu göstərir.

“Bu dili xalq, dövlət qorumalıdır. Müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə yenilənməsi dilimizi genişləndirməklə yanaşı, dildə bəzi qüsurlar yaradır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən dilin qorunması ilə bağlı sərəncam imzalanıb. Həmin sərəncamda dilin tətbiqi ilə bağlı nöqsanlar göstərilib. Təəssüf ki, prezident sərəncamında sadalanan problemlər bu gün də mövcuddur. Bu günlərdə verilən Prezident fərmanı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi dil qüsurları ilə bağlı monitorinqlərin arealını genişləndirəcək. Monitorinq Mərkəzi dövlət qurumları, bağçalar, məktəblər, ali təhsil müəssisələri, kütləvi informasiya vasitələrində, xalq arasında, ictimai yerlərdə - dövlət dilinin istifadəsi və tətbiqi ilə bağlı təhlil aparacaq. Dövlət dilinin qorunmasında əsas yük məmurların üzərinə düşür. Xüsusən də akademiklər, alimlər, elmi işçilər, təhsil müəssisələri, kütləvi informasiya vasitələri bu məsələdə daha çox məsuliyyət daşıyır. Məmurun xarici dili bilməsi üstünlüyüdür. Milli dili bilməməsi isə onun qəbahətidir. Məmur xarici dili bilmirsə çatışmazlıqdır, lakin bu, qəbahət deyil, ana dilini bilməmək isə qəbahətdir. Bu tələb vətəndaşlarımıza, jurnalistlərimizə də aiddir”.

Tarix
2018.12.05 / 12:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla