Yuxarı

Bu vəsiqə vasitəsilə xaricdə rahatlıqla maşın sürə bilərsiniz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın Vyana Konvensiyasına üzv olması milli sürücülük vəsiqəsinə malik vətəndaşların beynəlxalq sürücülük vəsiqəsi əldə etmələrinə imkan verir. Dilimizdəki ə, ö, ü, ğ və sair hərflərin xarici dövlətlərdə çətin oxunması problemini həll edən beynəlxalq sürücülük vəsiqəsi latın qrafikası ilə, eyni zamanda, ayrı-ayrı səhifələrdə alman, fransız, italyan, ingilis, çin və sair, ümumilikdə, 8 dildə çap olunur. Vəsiqə sahibi barəsində məlumatlar isə vəsiqənin son səhifəsində ingilis dilində tərtib olunur. Beynəlxalq sürücülük vəsiqəsi milli sürücülük vəsiqəsi təqdim edildikdə etibarlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Baş Dövlət Yol Poisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev beynəlxalq sürücülük vəsiqəsi ilə bağlı danışarkən deyib.

R.Quliyev bildirib ki, beynəlxalq sürücülük vəsiqəsi xaricə səyahət edən vətəndaşlarımızın rahatlıqla həmin ölkədə avtomobil idarə etməsinə kömək edəcək:

“Beynəlxalq sürücülük vəsiqəsinin verilməsi 1968-ci il Vyana Konvensiyası ilə tənzimlənir. Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində geniş yayılan beynəlxalq sürücülük vəsiqəsi xarici dövlətlərdə avtomobil icarə edərkən, avtomobillə Konvensiyaya üzv dövlətlərin ərazisindən keçərkən, birbaşa və ya tranzit yük və ya sərnişin daşımaları zamanı istifadə olunur və sahibinə müstəqil olaraq ölkədən kənarda avtomobil idarə etməyə icazə verir”.

Şöbə rəisinin sözlərinə görə, beynəlxalq sürücülük vəsiqəsi əldə etmək istəyən vətəndaşlar Bakı şəhərində Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə, habelə Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə şəxsiyyət vəsiqəsi, milli sürücülük vəsiqəsi, iki ədəd 3x4 ölcüdə rəngli fotoşəkil təqdim etməklə müraciət edə və qısa müddətdə ona yiyələnə bilərlər.

Şöbə rəisi sonda qeyd edib ki, beynəlxalq sürücülük vəsiqəsi əldə etmək istəyən şəxslərdən sürücülük bacarıqlarını yoxlamaq üçün əlavə imtahandan keçmək tələb olunmur:

“Xarici dövlətlərə səfərlər zamanı beynəlxalq sürücülük vəsiqəsinin imkanlarından yararlanmış soydaşlarımızın məmnunluq ifadə etməsi sahibinə rahatlıq və güvənlik verən bu vəsiqənin sınaqdan uğurla çıxdığını deməyə əsas verir”.

Tarix
2018.12.11 / 17:32
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla