Yuxarı

Yayın acı statistikası: Üç aya bu qədər insan boğuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yayın acı statistikası: Üç aya bu qədər insan boğuldu

Hər il yay mövsümü başlayanda tətil, dincəlmək və istirahət üçün dəniz, çay və göllərə üz tutan insanlar çoxalır. Təəssüf ki, bu istirahət anları tez-tez faciələrlə nəticələnir. Bu ilin yalnız 3 ayında – iyun, iyul və avqust aylarında ölkədə 79 nəfərin suda boğulması ilə bağlı müraciət daxil olub.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, boğulanladan 11 nəfəri qadın, 68 nəfər isə kişi olub. Hadisələrin coğrafiyası da genişdir.

Bakı ilə yanaşı, Sumqayıt, Şirvan, Astara, Tovuz, Saatlı, Lənkəran, Qəbələ, Zaqatala, İmişli və Ağdaş rayonlarından da bu barədə məlumatlar qeydə alınıb.

Təcili yardım briqadalarının müdaxiləsi nəticəsində 23 nəfər xilas edilərək xəstəxanaya təxliyə olunub, 30 nəfərə isə yerində ilkin yardım göstərilib. Təəssüf ki, 26 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycanlıların suda batmasının əsas səbəbləri sırasında bir neçə ümumi səbəb aydın görünür: "Qeyri-qanuni İnsanlar tez-tez xilasedicilərin olmadığı, təhlükəsizlik qaydalarının təmin edilmədiyi ərazilərdə üzməyə üstünlük verirlər. Spirtli içkilərin təsiri altında dənizə girmə və qan dövranının sürətlənməsi, diqqət itkisi boğulma riskini kəskin artırır.

Valideyn nəzarətsizliyi də uşaqların suda boğulmalarını şərtləndirir. Xüsusilə azyaşlı uşaqların valideynsiz və ya nəzarətsiz halda suya girməsi faciələrlə nəticələnir.

Yaxşı üzmə bacarığının olmaması isə boğulmaların əsas səbəbidir. Bir çox gənc və böyüklər öz bacarığını yüksək qiymətləndirərək dərin sularda üzür və gözlənilməz anlarda çətinlik yaşayırlar. Ürək-damar problemləri və epilepsiya kimi xəstəliklər də qəfil tutmalar nəticəsində boğulma hallarına səbəb ola bilir. Xilasedici xidmətlərinin qanunla müəyyən olunan çimərlik ərazilərində mövcuddur. Lakin insanların böyük əksəriyyəti qeyri-rəsmi ərazilərə üstünlük verir.

Nəticədə isə yayın ən böyük faciələri meydana gəlir. Təəssüf ki, qaydaların çox vaxt unudulması 2025-ci ilin yayını da 79 faciə ilə yadda saxladı.

Tarix
2025.09.18 / 21:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert

Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi

Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi

AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?

Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı

Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur

Azərbaycan qatarı Ermənistanda - Video

Azərbaycanla ABŞ arasında mühüm iclas keçirildi

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla