Yuxarı

Telman İsmayılovun mühafizəçisinə 14,5 il iş verdilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Avraam Russoya sui-qəsd cəhdində ittiham olunan iş adamı Telman İsmayılovun keçmiş mühafizəçisi Tərxan Eldukayevə hökm oxunub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Moskva Hərbi Məhkəməsi onu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14,5 il müddətinə azadlıqdan məhrum edib.

Eldukaev 2006-cı ildə Russoya qarşı sui-qəsd cəhdində və Qurşumov iş adamlarına sui-qəsddə köməklik etməkdə təqsirli bilinib.

İttihama görə, “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılov 2004-cü ilin əvvəlində Avraam Russonu aldadaraq Moskvadakı “Praqa” restoranına dəvət edib. Orada müğənnini döyüblər, sonra onu bağ evində qanunsuz olaraq 24 saat saxlayıblar. Nəticədə sənətçi ondan irəli gələn tələblərlə razılaşmaq və başqa prodüserlə əməkdaşlıqdan imtina etmək məcburiyyətində qalıb.

Russo 14 il sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Tarix
2025.09.18 / 22:12
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla