Yuxarı

Bacısının başını kəsənin işində - Yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bacısının başını kəsənin işində - Yenilik

Bakıda bacısının başını kəsən Pərvanə Nuriyevanın istintaqı davam edir.

Axar.az xəbər verir ki, bacısı Güneli amansızlıqla qətlə yetirən P.Nuriyevanın psixoloji vəziyyəti öyrənilir. Qatil bacının bu cinayəti törətməsinin əsl mahiyyəti üzə çıxmasa da, istintaq müəyyən nəticələr əldə edib.

Məlumata görə, P.Nuriyevanın psixi durumunun yerində olmadığı təsdiqlənir. Xəbərə görə, əgər istintaq qatilin psixi problemləri olduğu üçün cinayət törətdiyini təsdiqləsə, onu həbs etməyə bilərlər.

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov da onunla görüşündən sonra qatilin psixoloji pozuntuları olduğunu qeyd etmişdi. Həmçinin, Pərvanənin ifadəsində "Yuxuda dedilər ki, vaxtı çatıb, qalx, öldür" deməsi də onun ruhi vəziyyətinin normal olmadığı qənaəti yaradır.

Bildirək ki, 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva istintaqa verdiyi ifadədə özündən bir yaş böyük bacısını "Allahın tələbi ilə öldürdüyünü" deyib. P.Nuriyeva bildirib ki, gecə saatlarında yuxuda ikən ona vəhy gəlib və "bacını öldür, vaxtı yetişib" deyilib. Xətai rayon prokurorunun köməkçisi Şəbnəm Məmmədova açıqlamasında qətlin şəxsi münasibətlər zəminində baş verdiyini bildirib.

P.Nuriyeva barəsində məhkəmənin hökmü ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib, istintaq araşdırmaları davam edir. Fakt üzrə Cinayət Məcəlləsinin 120.1 - qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi başlanıb.

Tarix
2014.10.28 / 23:27
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla