Yuxarı

ANS-in efirində qalmaqal yaşandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS-in efirində qalmaqal yaşandı - Video

Ötən gün ANS-də yayımlanan "Adam içində" verilişinin canlı yayımında gərgin anlar yaşanıb.

Əməkdar artist Vaqif Mirzəyev Publika.az saytına verdiyi müsahibənin müzakirəsi zamanı onunla verilişin aparıcılarından olan Afət Rahilqızı arasında mübahisə düşüb. Musiqiçi jurnalisti ittiham edib və saytımızda gedən müsahibənin ondan icazəsiz efirdə yayımlanmasına etirazını bildirib:

"Həmin müsahibəni iki ay əvvəl vermişəm. Məndən icazəsiz efirə veriblər. Haqqımda şayiələr yaymısımız. Mən qalmaqal adamı deyiləm. Bundan sonra Afət xanım da zəng etdi, müsahibə aldı. Dedi, evinizdəki əşyalarınızı satışa çıxarmısınız. Dedim, xəstəm var, klinikaya gedirəm, sonra danışarıq. Sabahısı dostlar zəng edib ki, sizi efirdə biabır ediblər".

Publika.az-ın verilişdə qonaq qismində iştirak edən əməkdaşı İntiqam Valehoğlu isə əməkdar artistin ittihamlarına cavab olaraq bunları bildirib:

"Vaqif müəllim deyir ki, müsahibəni ondan xəbərsiz almışam. Bu necə ola bilər? Müsahibə alanda özünə xəbərdarlıq etmişdim. Hətta bir gün sonra Vaqif müəllim mənə zəng vurub təşəkkürünü bildirdi. Təşəkkür etmək nədir, burada çıxıb etiraz bildirmək nə?"

Bundan sonra klarnet ifaçısı bildirib ki, sözügedən müsahibəyə deyil, onun efirdə yayımlanmasna etiraz edir.

Həmin müsahibələri aşağıdakı linklərdən oxuya bilərsiniz:

htt://publika.az/p/46476
http://publika.az/p/47212

Tarix
2014.11.05 / 10:10
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla