Yuxarı

Bakı-Samara reysi istifadəyə verildi - Qiymət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Yalta-Bakı və Bakı-Samara-Bakı reysləri yenidən istifadəyə verilib.

Bakı Beynəlxalq Avtovağzalından Axar.az-a verilən məlumata görə, Bakı-Yalta reysi hər həftənin bazar ertəsi günü yerli vaxtla saat 11:00-da, Yalta-Bakı istiqaməti üzrə reys isə şənbə günü saat 15:00-da hərəkət edəcək.

Bu reys Kerç, Feodosiya və Simferopol şəhərlərindən keçərək Yaltaya gedəcək.

Biletin bir istiqamət üzrə qiyməti 100 manat təşkil edir.

Bakı-Samara reysi həftənin cümə günü yerli vaxtla saat 11:00-da, Samara-Bakı istiqaməti üzrə reys isə cümə axşamı saat 12:00-da yola düşəcək.

Bu reys üzrə hərəkət edən avtobus Volqoqrad, Saratov və Balakov şəhərlərini keçməklə Samaraya gedəcək.

Biletin bir istiqamət üzrə qiyməti 90 manatdır.

Sərnişinlər biletləri əvvəlcədən Bakı Beynəlxalq Avtovağzalının satış kassalarından və “avtovagzal.az” və ya “bbak.az” saytına daxil olaraq, onlayn qaydada əldə edə bilərlər.

5 yaşınadək uşaqlar üçün gedişhaqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə (sənəd təqdim edilməklə) biletin qiymətinin 50 faizi ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq, 5 yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Tezliklə Bakı-Batumi və Bakı-Kislovodsk reysləri haqqında məlumat veriləcək.

Tarix
2019.03.05 / 12:44
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Hüseyndən həbs xəbərlərinə reaksiya

Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!

Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto

Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?

BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər

Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto

İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla