Yuxarı

Deputat mülklərindən danışdı: Soruşun ki, bu villa hardandır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat mülklərindən danışdı: Soruşun ki, bu villa hardandır?

Mən “Relaks” istirahət mərkəzinin təsisçisiyəm. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişik. Bu gün də təsisçi kimi qalıram, amma onun işlətməsi ilə məşğul olmuram.

Axar.az xəbər verir ki, bu sözləri 78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov Modern.az saytına müsahibəsində deyib. O bildirib ki, hazırda bizneslə məşğul deyil və 2010-cu ildən etibarən bu işlərə nəzarəti başqasına təhvil verib:

“Amma bu gün də həmin şirkətlə bağlı məsləhətlər verdiyimi inkar etmirəm. İqtisadiyyat üzrə fəlsəfə doktoruyam, dünyagörüşüm iqtisadiyyata əsaslanır. Qardaşıma hər gün məsləhətlər verirəm. Çox sevinirəm ki, o da iqtisadçı olduğu üçün yaxşı işləyir. Ona tövsiyəm bu olub ki, istehsalatla məşğul olsun! Deputat olduğuma görə isə bütün əmlakımdan keçəsi deyiləm. O şirkətdən illik mənfəət çıxarılırsa, ondan gəlir mənə çata bilər. Bundan kim imtina edər ki?!”

Millət vəkilinin sözlərinə görə, bəzi jurnalistlər araşdırma aparmadan onun haqda yalan xəbərlər yazırlar:

“Bəzi jurnalistlər tənqidlə təhqiri səhv salırlar. Tənqid inkişaf, rəqabət, güc deməkdir. Siz jurnalistlər bu gün dövlət məmurunu tənqid edirsinizsə, biz buna sevinirik. Qoy məmurlar səhvlərini düzəltsinlər, bu, inkişaf deməkdir. Təhqir isə mentalitetimizə ziddir.

Sosial şəbəkələrdən məkrli niyyətlərlə istifadə edən insanlar var. Belələri biz deputatları jurnalistlərdən uzaqlaşdırırlar. Bu yaxınlarda guya mənim əmlakımdan yazıblar. Hələ az yazılmışdı. Mən əmlakımı açıqlamaqdan qorxmuram, çünki məmur deyiləm. Nazir oğluyamsa, dədəmdən qalmadırsa, onu yazın, sual edin ki, bu villa haradandır?

Yazıblar ki, İqbal Məmmədovun donuz ferması var. Daha bu qədər də olmaz da! Atam bilsə ki, mənim donuz fermam var, heç məni evə buraxmaz. Yazırlar ki, İqbal Məmmədovun İngiltərədə evi var. Bu da tamamilə yalandır.

Yaxud da Xocalı soyqırımı günü yazırlar ki, İqbal Məmmədovun əmlakının siyahısı açıqlanacaq. Ayıbdır, vallah, ayıb! Mən nə qazanıramsa, Lerikə sərmayə qoyuram. Gedin baxın ki, Lerikdə nələr etmişəm!”

Tarix
2019.03.06 / 16:04
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı oldu - Foto

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında... - Foto

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər

Komandolarımız Bakını qardaşlığın səsi ilə titrədəcək...

Azərbaycan Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib

Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı paylaşım - Foto

Ermənilərin rəsmi itkiləri və bizim qazancımız!

Nikoldan Qarabağ açıqlaması: Bu, mənim səhvimdir ki...

Müharibənin ilk saatında HHM-nin yarısını necə itirdik?

Ərdoğan Azərbaycana yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla