Yuxarı

Yanan “Diqlas” Ticarət Mərkəzi kimindir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanan “Diqlas” Ticarət Mərkəzi kimindir?

8-ci kilometr ərazisində xüsusi səliqə-sahmanı ilə seçilən ticarət mərkəzlərindən biri də bu gün yanan “Diqlas” idi.

Axar.az xəbər verir ki, “Diqlas” bir neçə dəfə yer pullarının 50% artması və digər qalmaqallarla gündəmə gəlsə də, ərazidə daha münasib və çeşidli qiymət təklif etməsi ilə tanınan ticarət mərkəzi kimi çoxlarının üz tutduğu yer idi. Maraqlıdır ki, bu vaxta qədər bu və ya digər məsələdə adı hallanan “Diqlas”ın sahibi barədə məlumat yayılmayıb.

Yalnız bu gün Musavat.com “Diqlas” Ticarət Mərkəzi sabiq MTN rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus olduğunu yazıb.

Qeyd edilir ki, vaxtilə “Diqlas”ın qonşuluğunda yerləşən “8-ci km bazarı” kimi tanınan məkanı E.Mahmudovun MTN çetesi ələ keçirmişdi. Bununla bağlı bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov əmlakının əlindən necə qəsb edilməsi haqda ətraflı danışmışdı.

Akif Çovdarov və başqaları da bu haqda məhkəmədə geniş ifadə vermişlər.

Xatırladaq ki, “Diqlas” adı ilə Vergilər Nazirliyində iki qurum - "Diqlas Kvant" və "Diqlas 2" MMC-lər mövcuddur. Hər iki MMC-nin qeydiyyat ünvanı eynidir və hüquqi şəxsdir.

Tarix
2019.03.26 / 13:48
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu şəxslərə xoş xəbər - Qərar

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla