Yuxarı

Azərbaycana narkotik ən çox buradan daxil olur – Həsənov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğal edilmiş Azərbaycan torpaqlarından narkoticarət məqsədilə istifadə edilməsi problemi bizi çox narahat edən məsələdir. Təəssüf ki, işğaldan sonra İranla Azərbaycan sərhədindəki 132 km sahə bizim nəzarətimizdə deyil. Həmin ərazilər narkoticarət məqsədilə istifadə edilir.

Axar.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Həsənov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı konfransa həsr edilmiş mətbuat konfransında çıxışı zamanı deyib.

Ə.Həsənov Azərbaycan torpaqlarında ermənilərin narkotik istehsalı ilə məşğul olduğunu bildirib:

“Təəssüf ki, İranla sərhəddə olan bu torpaqlar çox münbitdir, ermənilər həmin torpaqda narkotik əkir, satır, satışdan silahlar əldə edir, həmin ərazilərdə təlimlər keçir, cinayət qrupları formalaşdırıb, dünyanın münaqişə zonalarına göndərir. Bu barədə BMT-nin Vyana ofisinə prezidentin tapşırığı ilə rəsmi məktub göndərildi. Hüquq-mühafizə orqanları tərəfindən həmin torpaqlarda narkotiklərin becərilməsi və digər hallarla bağlı çəkilişlər əsasında faktlar göndərildi, bununla bağlı komissiya yaradıldı. Lakin quduzlaşmış Ermənistan tərəfi həmin komissiyanı əraziyə buraxmadı. İndi də oradan dünyaya narkotik göndərməkdə davam edir. Lakin problem bununla bitmir. Azərbaycan İpək Yolunun üzərində yerləşdiyi üçün əfqan narkotik ticarəti Azərbaycan ərazisindən keçir. Azərbaycana daxil olan tranzit marşrutlarından narkotik vasitələr Avropaya, Yaponiyaya qədər göndərilir. 2006-cı ildə dünyada 10 min 500 tona yaxın tiryək istehsal edilib ki, onun da 9 min tonu əfqan istehsalıdır. Onun əksər hissəsi işğal edilmiş torpaqlarımızdan keçir. Bəllidir ki, tranzit ölkələrdə də həmin narkotik vasitələr qalır”.

Ə.Həsənov bildirib ki, ölkənin ticarət imkanlarının genişlənməsi narkomafiyanın diqqətindədir:

“Son illərdə Azərbaycan iqtisadiyyatı, yükdaşımalar inkişaf edib, beynəlxalq hava limanlarımız var, turistlərin sayında artım müşahidə edilir. Bütün bunlar da narkomafiyanın diqqətindən kənarda qalmır. Narkomafiya insanların gediş-gəlişi, turizm potensialı yüksək olan ölkələrdən istifadə edir. SSRİ dağılandan sonra dövlətlərin sərhədləri darmadağın edildi. Biz dövlət sərhədini möhkəmləndirənə qədər beynəlxalq mafiya da bundan istifadə etdi. Düzdür, bu gün də istifadə edir, lakin əvvəlki vəziyyətdə deyil. Biz tədbirlərimizi gücləndirdikcə narkomafiya yeni üsullara əl atır. Bizim milli adətlərimiz narkotik istifadəsi kimi problemdən bizi qoruyur, lakin dünyaya çıxış imkanları artdıqca, bu problem aktuallaşmağa başlayır. Əsas cənub sərhədindən ölkəmizə narkotik vasitələr daxil olur. Buna görə də daim İran tərəfi ilə danışıqlar aparırıq”.

Apteklərdə narkotik tərkibli məhsulların satışı ilə bağlı danışan Ə.Həsənov bu problemin aradan qaldırıldığını deyib.

Tarix
2019.04.15 / 14:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla