Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu təmirə dayandırılacaq.
Axar.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, təmir işlərinə bu ilin oktyabrından başlanılması nəzərdə tutulur.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və Tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, təmir işləri ümumilikdə 1 ay müddətində aparılacaq. Amma təmir aparılan müddətdə zavod tamamilə fəaliyyətini dayandırmayacaq. Bəzi avadanlıqlar işlək vəziyyətdə olacaq.
Zavodda təmir aparılan müddətdə istifadə olunacaq məhsulun bir hissəsi qabaqcadan tədarük olunur. Ehtiyyat məhsul bir ayın tələbatını qarşılayacaq, qalan hissəsi isə idxal olunacaq.
İbrahim Əhmədov qeyd edib ki, təmir işləri apararkən ölkəyə təxminən 73 min ton benzinin idxalı nəzərdə tutulur.