Yuxarı

Mikayıl Cabbarov ciddi islahatların anonsunu verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dərsliyin yaradılması üçün təklif belə verilməyən fənlərimiz var. 2012-ci ildə 2 fənn üzrə, 2013-cü ildə 3 fənn üzrə, 2014-cü ildə VII sinifdə 1, VIII sinif üçün 2 fənn üzrə ümumiyyətlə təklif verilməyib".

Report.az xəbər verir ki, bunu Azərbaycanın Təhsil naziri Mikayıl Cabbarov elektron resursların təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin fənlər əsasən xarici dillər (alman, fransız, bəzi hallarda rus dili) üzrədir: "Bu da o deməkdir ki, mövcud çərçivədə şagird tədris proqramı təsdiq olunub, şagird məktəbə gəlməli və dərslik olmalıdır. Lakin mövcud çərçivədə dərsliyin yaradılması üçün maraq göstərən tərəf yoxdur".

Bunun Təhsil Nazirliyinin, eləcə də təhsil sisteminin üzərinə qeyri-adi çağırış qoyduğunu vurğulayan M.Cabbarov əlavə edib ki, təklif olmadığı halda belə dərslik bir neçə aydan sonra məktəbdə olmalıdır: "Hamımız konteksti bilməli və bunun səbəbləri ayrıca müzakirə olunmalıdır. Bu sistemin kifayət qədər ciddi islahata ehtiyacı var və mövcud nəticələrdən dərs çıxarmamaq qeyri-mümkündür".

Nazir həmçinin qeyd edib ki, dərslikləri birmənalı şəkildə ən yaxşı mütəxəssislər hazırlamalıdır:

"Heç də hər bir halda öz sahəsində ən yaxşı olan mütəxəssis yaxşı dərsliyin yaradılması üçün və yaxud bu gün təhsil sistemində tətbiq olunan prinsiplər üzərində tədris materialının çatdırılması cavabını gözləyən suallardır. Bu məsələdə Təhsil Nazirliyinin və təhsil sisteminin rolu həmin müəlliflərin müəyyənləşdirilməsi və onlara lazım olan alətlərin təqdim edilməsindən ibarətdir. Bu istiqamətdə təhlilləri həyata keçirib müvafiq təklifləri hökumətə təqdim etmişik. Ümid edirik ki, yaxın zamanlarda dərsliklərin yaradılması texnoloji prosesində yeni nailiyyətlər əldə edəcəyik".

Tarix
2014.12.15 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla