Yuxarı

Mikayıl Cabbarov İrşad Əliyevin bacısını işdən çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mikayıl Cabbarov İrşad Əliyevin bacısını işdən çıxardı

Təhsil naziri Mikayıl Cabbarovun tapşırığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılan "təmizləmə" əməliyyatı yüksək vəzifəli məmur ailələrindən də yan keçməyib.

BŞTİ-nin Ümumtəhsil şöbəsinin əməkdaşı Simuzər Əliyeva da işdən azad edilib. Uzun müddət Xətai rayon təhsil şöbəsində yüksək vəzifələrdə işləyən, BŞTİ yarandıqdan sonra isə qurumda fəaliyyətə başlayan S.Əliyeva Kürdəmirin icra hakimiyyətinin başçısı İrşad Əliyevin bacısıdır. S.Əliyeva BŞTİ-də Səbael rayon məktəbləri üzrə əlaqələndirici vəzifəsini daşıyıb. Ancaq yeni nazirin tapşırığı ilə idarədə "təmizləmə" işləri aparılarkən şöbənin bir neçə əməkdaşı kimi icra başçısının bacısı da vəzifədən kənarlaşdırılıb.

Qeyd edək ki, İrşad Əliyev 1991-1992-ci illərdə Azərbaycan Kommunist Partiyasının Goranboy rayon komitəsinin birinci katibi, sonra isə Goranboy rayon İcra hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, 1992-1994-cu illərdə Azərbaycan Respublikasının Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri, 1994-2004-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, 2005-2012-ci illərdə isə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib (Aznews.az).

Tarix
2013.12.10 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla