Yuxarı

Sabah 38 dərəcə isti olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah 38 dərəcə isti olacaq

İyunun 10-da respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti təşkil edəcək.

Tarix
2019.06.09 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan Bakıdan neft məhsulları alır, buna görə də... - Oqtay

Fuad Oqtay Azərbaycana gəldi

Müşfiq Abbasov bu sözlərinə görə həbs olunub? - Video

Vaşinqtonda təxribat törədənlər deport edilməlidir - Teys

Ukrayna irəliləyir: 8 kənd azad edildi, 1400 km-dəki zavod isə...

Baş nazirin müavini açıqladı: Ağbənd-Kəlalə körpüsü hazırdır

Azercell rabitə modelini gücləndirir

Diplomatik xidmət əməkdaşları ilə bağlı mühüm qərar

Azərbaycan-Gürcüstan münasibətləri müzakirə olundu

Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla