Yuxarı

Bu işsizlərə təqaüd veriləcək - Qayda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu işsizlərə təqaüd veriləcək - Qayda

Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nı təsdiq edib.

Axar.az xəbər verir ki, qaydaya əsasən, işaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya DOST mərkəzləri” tərəfindən cəlb edilirlər.

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.

Peşə hazırlığına cəlb olunan şəxslər Xidmətin tabeliyindəki təhsil müəssisəsinə göndərildikdə, müvafiq kursun xərclər smetasına uyğun maliyyə vəsaiti həmin təhsil müəssisəsinin hesabına köçürülür.

Peşə hazırlığı digər təhsil müəssisələrində təşkil edildikdə, müəssisə tərəfindən təqdim olunmuş xərclər smetasına uyğun olaraq vəsait hər ayın yekununa uyğun olaraq növbəti ayın 5-dək təhsil müəssisəsinin hesabına köçürülür.

Xərclər smetası peşə hazırlığı kursları keçirilən təhsil müəssisəsi tərəfindən orada qüvvədə olan tarif üzrə, tarif olmadıqda isə Xidmətlə razılaşdırılmış müqavilə qiymətlərinə əsasən tərtib edilir.

Tarix
2019.06.13 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Batya qəfildən Çinə getdi - Putinlə görüşdə nə baş verib?

Prezident Luiza Arbura məktub ünvanladı

İlham Əliyev Somali prezidentini təbrik etdi

Dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla