Yuxarı

Ankara sammitində "NATO 3.0" konsepsiyası… - Rutte

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara sammitində "NATO 3.0" konsepsiyası… - Rutte

Ümid edirəm ki, gələcəkdə Ankara sammitinə nəzər salan insanlar onu verilən öhdəliklərin həyata keçirildiyi sammit kimi xatırlayacaqlar. Haaqa sammitində vədlər verildi, Ankara sammiti isə bu vədlərin icra olunduğu sammit olmalıdır.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.

“Müdafiə xərcləri həm Haaqa sammitində müzakirə olunub, həm də Ankara sammitinin gündəliyində yer alan üç əsas mövzudan biridir. Bu sahədə avropalı müttəfiqlərin və Kanadanın cəmi iki il ərzində müdafiəyə əlavə 250 milyard dollara qədər vəsait ayırması həqiqətən təsiredicidir.

İkinci prioritetimiz Ukraynaya dəstəyin davam etdirilməsidir.

Üçüncü prioritetimiz isə NATO daxilində daha güclü Avropa demək olan "NATO 3.0" konsepsiyasını formalaşdırmaqdır. Bunun üçün müdafiə sənayesinin istehsal gücünü əhəmiyyətli dərəcədə artırmalıyıq.

Həm ABŞ-da, həm də Avropada bu istiqamətdə görüləcək hələ çox iş var. Təxminən 3 min müdafiə sənayesi şirkətinə malik Türkiyə də bu baxımdan mühüm ölkələrdən biridir”, - o bildirib.

Qeyd edək ki, Ankarada 7-8 iyul tarixlərində NATO sammiti keçiriləcək.

Tarix
2026.07.01 / 13:22
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla