Yuxarı

Rusiyada narazılıq kəskin artır, Putin seçim qarşısındadır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada narazılıq kəskin artır, Putin seçim qarşısındadır

Ukraynanın son günlər Moskva və ətrafına endirdiyi PUA zərbələri Kremlin siyasi və iqtisadi baxımdan zəiflədilməsinə hesablanıb.

Axar.az xəbər verir ki, bu barədə “Atlantik” nəşri yazıb.

Nəşrin bildirdiyinə görə, Dubnadakı Kosmik Rabitə Mərkəzinə və Moskvanın iri neft emalı zavoduna endirilən son zərbələr Ukraynanın Rusiya rəhbəri üçün dözülməz şərait yaratmaq strategiyasının nümunəsidir:

“İyunun 18-də Moskva neft emalı zavoduna hücum bir neçə məqsədə xidmət edib və Putinin mövqelərini sarsıtmağa yönəlib.

Hücum nəticəsində yaranan güclü yanğın və bütün Moskvanın üzərindən görünən qara tüstü şəhər sakinlərinə Ukraynanın Rusiyanın ən mühüm iqtisadi obyektlərini belə vura biləcəyini göstərmək məqsədi daşıyıb.

Moskvanın neft emalı zavodlarına zərbələr Putinin müharibəni davam etdirmək üçün ehtiyac duyduğu maliyyə mənbələrini də hədəfə alır. Çünki Rusiya ordusunun maliyyələşdirilməsi əsasən neft və neft məhsullarının ixracından əldə olunan gəlirlər hesabına həyata keçirilir. Bu zərbələr Putini seçim qarşısında qoyur. Benzin qıtlığı ictimai narazılığı artırır, ixracın məhdudlaşdırılması isə müharibəyə yönəldilə biləcək gəlirləri azaldır. Dövlət büdcəsinə daxilolmaların azalması Moskva əhalisinə ayrılan vəsaitlərin də azalmasına səbəb ola bilər”.

Bildirilib ki, son hücumlar Rusiyanı yaxın zamanda müharibədən çıxmağa məcbur etməsə də, Putinin Moskvanı, Rusiya iqtisadiyyatını və ordusunu qoruya bildiyi barədə təsəvvürləri sarsıdıb.

Bununla yanaşı, qeyd olunur ki, genişmiqyaslı müharibənin başlanmasından bəri Moskvaya edilən ən böyük PUA hücumundan sonra Rusiyanın regionlarında da müharibə əleyhinə əhval-ruhiyyə kəskin artıb. Sosial şəbəkələrdə müharibəni tənqid edən paylaşımların sayı bir həftə ərzində 235 faiz yüksəlib.

Rusiya vətəndaşları internetdə "Rusiya Ukraynaya qarşı müharibəni nə vaxt bitirəcək?" sualını daha çox axtarmağa başlayıblar. "Yandex" şirkətinin “Vordstat” xidmətinin məlumatına görə, 22-28 iyun tarixləri arasında bu mövzuda 137 mindən çox axtarış qeydə alınıb ki, bu da 2022-ci ildən bəri ən yüksək göstəricidir.

Tarix
2026.07.01 / 12:33
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirilir

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

Japarov Nizami Gəncəvidən sitat gətirdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi

Prezident buna görə Qırğızıstana təşəkkür etdi

İlham Əliyevin Japarovla təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla