Yuxarı

Nazirlikdən işəgötürənlərə - Müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən işəgötürənlərə - Müraciət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işəgötürənlərə müraciət edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, “Məşğulluq haqqında” qanunun 20-ci maddəsinə əsasən əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kursları təşkil edilir.

Bildirilib ki, İşəgötürənlər peşə hazırlığı kurslarının təşkili istiqamətində Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq edə bilərlər.

Xidmət tərəfindən peşə hazırlığı lazımi peşə və ya ixtisası olmayan işaxtaran və işsiz şəxslər üçün münasib iş seçmək mümkün olmadıqda və ya onlar əvvəlki peşəsi (ixtisası) üzrə işləmək qabiliyyətini itirdikdə təşkil olunur. Peşə hazırlığı kursları 6 ayadək müddətə təşkil olunur və İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Bu kursların təşkili dövlət və ya fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş təhsil müəssisələrində həyata keçirilir.

Həmin kurslar üçtərəfli (Dövlət Məşğulluq Xidməti, təhsil müəssisəsi, müdavimlər) və ya dördtərəfli (Dövlət Məşğulluq Xidməti, təhsil müəssisəsi, müdavimlər, işəgötürənlər) müqavilələr əsasında təşkil edilir. Dördtərəfli müqavilə əsasında həyata keçirilən peşə hazırlığı kursları işəgötürənlərə təhsil prosesində iştirak etmək və daha səriştəli, istehsalat təcrübəsi olan işçi seçmək imkanı verir. Bu zaman işəgötürənlər peşəkar işçi qüvvəsi, işaxtaran isə daimi iş yeri əldə edir.

İşəgötürənlər peşə hazırlığının təşkilində əməkdaşlıq etmək üçün Dövlət Məşğulluq Xidmətinə müraciət edə bilərlər. (əlaqə telefonu 596 74 36; əlaqələndirici şəxs Rəşad Əsgərli, e-mail: [email protected])

Tarix
2019.07.06 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla