Yuxarı

Ali Məhkəmənin sədrinin maaşı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali Məhkəmənin sədrinin maaşı açıqlandı

Parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclasında Ali Məhkəmə sədrinin maaşının artırılması üçün qanunvericiliyə təklif edilən dəyişiklik layihəsi 3-cü oxunuşda müzakirəyə təqdim olunub.

Axar.az xəbər verir ki, dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində - 2475 manat əmək haqqı veriləcək.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində maaşına əlavə ödəniləcək.

Bundan başqa, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı da veriləcək.

Qanunun qüvvədə olan 106-cı (Hakimlərin maddi təminatı) maddəsində qeyd edilir:

“Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir”.

Dəyişikliklə isə bu faiz bərabərləşdirilib.

Yəni hər bir hakim vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan əlavə pul təminatı alacaq.

Belə ki, Naxçıvan Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrləri əlavə 556 manat, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrləri 495 manat, digər məhkəmələrin sədrləri 433 manat əlavə aylıq pul təminatı alacaqlar.

Tarix
2019.07.12 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı: Naxçıvana hücum...

İranın hücumu: Bayramov Fidanla danışdı

Türkiyə İranın Naxçıvana hücumu ilə bağlı bəyanat yaydı

Moldova İranın Azərbaycana dron hücumlarını pislədi

İran Azərbaycan sərhədinə silah daşıyırmış...

İlham Əliyevin bu əmrinə hazır olmalıyıq!

İran Naxçıvanda orta məktəb binasını hədəfə alıb - MN

Azərbaycana hücum qərarını İranda kim verib?

İranın Azərbaycana hücumunun səbəbi - OSİNT

Azərbaycana dron hücumuna Fransa səfirindən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla