Yuxarı

Rusiyada büstü qoyulan azərbaycanlı admiral kimdir?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baltiysk şəhərində məşhur azərbaycanlı vitse-admiral Həmid Həbib oğlu Qasımbəyovun büstünün qoyulması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, büstün 9 May - Qələbə Gününün 75-ci ildönümü ilə əlaqədar Baltiysk şəhərinin Çexov küçəsində quraşdırılması planlaşdırılır.

Həmid Qasımbəyov - 1923-cü ilin mayın 3-də Naxçıvanda anadan olub. Atası Həbib yol tikintisində çalışıb. Müharibədən əvvəl gənc Hamid onillik məktəbi bitirib və Moskva Nəqliyyat İnstitutunun Dəmiryolu tikintisi fakültəsinə daxil olub. Böyük Vətən Müharibəsi illərində təhsil almaqla bərabər əlvan metal zavodunda dəmirçi işləyib.

Faşistlərin Moskvaya yaxınlaşdığı dövrdə təhsil aldığı institut Tiflisə təxliyə edilir. Lakin vəziyyət Zaqafqaziyada da mürəkkəbləşir. Zaqafqaziya hərbi dairəsi cəbhəyə çevrilir. Məhz bu dövrdə gənc Həmiddə donanmada xidmət etmək arzusu yaranır. Ancaq cəbhəyə gedən yolda ağır yaralanır və yalnız sağaldıqdan sonra - 1941-ci il dekabr ayının sonunda Həmid Qasımbəyov Xəzər Dənizi Ali Hərbi Dənizçilik Məktəbinə daxil olur. 1945-ci ilin fevral ayında təhsilini bitirdikdən sonra leytenant Qasımbəyov Qara dəniz donanmasına xidmətə göndərilir. Daha sonra ABŞ-da tikilən yeni gəmilərin qəbulu ilə məşğul olan komissiyaya daxil edilir.

1945-ci il may ayının əvvəlində komandanın tərkibində Sakit okean donanması ilə birlikdə Vladivostok şəhərinə göndərilir, mina təmizləmə gəmisinə şturman təyin edilir. 1945-ci ilin avqust-sentyabr aylarında Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edir. Kuril adalarının, Port-Arturun mina əleyhinə müdafiəsi, Oxot və Yapon dənizlərinin, eləcə də Laperuz və Tatar boğazlarında mina təmizləmə əməliyyatlarında iştirak edir. 604 saylı mina təmizləmə gəmisində şturman kimi xidmət edən Qasımbəyov güclü artilleriya atəşləri və yapon təyyarələrinin hücumu altında göstərdiyi xidmətə görə “Qırmızı Ulduz” ordeni ilə təltif edilir.

1949-cu ildə Həmid Qasımbəyov Baltik Dənizi Donanmasına məxsus hərbi-dəniz bazasının komandiri vəzifəsinə təyin olunur. 1957-ci ildə isə Polşanın Svinouste şəhərindəki Sovet Hərbi Dəniz Donanmasının hərbi müdafiə briqadasının komandiri vəzifəsinə gətirilir.

1963-cü ildə SSRİ Müdafiə Nazirliyinin ən güclü və strateji əhəmiyyət daşıyan Baltik Dənizi Hərbi Dəniz Donanmasının 71 saylı desant briqadasının komandiri olur.

1970-ci ildə SSRİ Hərbi Dəniz Donanması Komandanlığının xüsusi sərəncamı ilə Həmid Qasımbəyov Baltik Dənizi Hərbi Dəniz Donanmasının Baş Qərargahının rəisi vəzifəsinə irəli çəkilir. 1971-ci ildə isə ona kontr-admiral ali hərbi rütbəsi verilir.

1973-cü ildən 1976-cı ilə kimi Baltik Dənizi Hərbi Dəniz Donanmasının qarnizon rəisi vəzifəsində fəaliyyət göstərir.

1977-ci ildə Xəzər Dənizi Hərbi Dəniz Donanmasının komandanı vəzifəsinə gətirilir. 9 iyul 1984-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə Həmid Qasımbəyova vitse-admiral ali rütbəsi verilir. 1984-cü ildə səhhəti ilə bağlı ordudan tərxis olunur.

Polşa və Monqolustan kimi xarici dövlətlərin medalları ilə yanaşı, 30-a yaxın medal və ordenlə təltif edilib. 1973-cü ildə SSRİ hərbi dəniz qüvvələrinin komandanı tərəfindən fəxri silah - qılıncla təltif edilib.

2005-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Tarix
2019.07.12 / 17:30
Müəllif
Əli, Orxan
Digər xəbərlər

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait...

Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla