Yuxarı

Builki qəbul nəticələri niyə bərbaddır? – DİM açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Builki qəbul nəticələri niyə bərbaddır? – DİM açıqladı

Bu il I və IV qrup üzrə ali məktəbə qəbul imtahanlarının nəticələrini ötən illə müqayisə etmək doğru deyil. Çünki bu il qəbul imtahanları fərqli qaydalarla keçirilib.

Bu sözləri təhsil ekspertlərinin builki qəbul imtahanlarının nəticələrinin ötən illə müqayisədə çox aşağı olması barədə fikirlərinə cavab olaraq Axar.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib. O bildirib ki, I və IV qrup imtahan ballarının intervallar üzrə fərqliliyi ümumi nəticələrin aşağı olması demək deyil:

“DİM-in “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitində abituriyentlərin topladıqları balların intervalı göstərilib və bu intervala görə nəticələrinin aşağı olmasını söyləmək olmaz. Ümumiyyətlə isə nəticələrin ötən illə müqayisəsi düzgün deyil. Çünki bu il imtahan modeli dəyişib. Abituriyentlər kurikulum əsasında tədrislərini başa vurublar və imtahanlar fərqli qaydalarla keçirilib. Buna görə də builki nəticələrlə ötənilkini müqayisə etmək yanlışdır”.

Qurum rəsmisi onu da bildirib ki, imtahan nəticələrindən sonra hər bir test tapşırığı DİM-in seminarlarında müzakirə olunur:

“Orta məktəbdə dərs yükünün ağırlığı Dövlət İmtahan Mərkəzinin baxdığı məsələ deyil. Tədrisin təşkili, proqramı Təhsil Nazirliyi ilə bağlı məsələdir.

Hər bir imtahanda həm asan, həm orta, həm də çətin tipli tapşırıqlar olur. Test blokundan hər 3 səviyyədə tapşırıqlar salınır və heç biri də dərs proqramından kənar deyil. Hər il imtahan nəticələri müəyyən olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən sentyabr ayından etibarən elmi-metodiki seminarlar keçirilir. Həmin seminarlarda hər bir tapşırıq, onlara abituriyentlərin necə cavab verməsi və digər məsələlər müzakirə olunur”.

Tarix
2019.07.18 / 13:50
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla